İlqar Məmmədovun MSK-ya müraciət etməsinə imkan verilmir
Respublikaçı Alternativ (REAL) Hərəkatının sədri, 2013-cü il oktyabrın 9-da keçiriləcək prezident seçkilərində prezidentliyə namizədliyi irəli sürülmüş İlqar Məmmədovun sənədlərinin mərkəzi seçki Komissiyasına qeydiyyat üçün təqdim edilməsi üçün əngəllər törədilir. REAL Hərəkatının İcra katibi Natiq Cəfərli və İlqar Məmmədovun vəkili Xalid Bağırovun avqustun 7-də keçirdiyi mətbuat konfransında prezident seçkiləri, İlqar Məmmədovun prezidentliyə namizədliyinin qeydə alınması istiqamətində maneələr, toplaşmaq azadlığının məhdudlaşdırılması məsələlərinə toxunulub. REAL Hərəkatının prezidentliyə namizədi İlqar Məmmədovun sənədləriinin qeydiyyat üçün Mərkəzi Seçki Komissiyasına təqdim edilməsinə manelərə toxunan vəkil Xalid Bağırov deyib ki, əsas məqsəd İ.Məmmədovun seçkidə iştirakına imkan verməməkdir.
Episodes
-
Mart 28, 2024
"Sənətçilər hökumətlə xalq arasında bir körpüdür"
-
Mart 28, 2024
Ankarada Novruz bayramı qeyd olundu