Accessibility links

İlqar Məmmədov Mərkəzi Seçki Komissiyasını məhkəməyə verib


İlqar Məmmədov
İlqar Məmmədov

MSK Məmmədovun sənədlərinin qəbulu vaxtını uzadıb

Avqustun 26-da “REAL” Hərəkatının sədri İlqar Məmmədovun vəkili Xalid Bağırov Mərkəzi Seçki Komissiyasını (MSK) məhkəməyə verib. Bu barədə REAL Hərəkatının mətbuat xidməti məlumat yayıb.

Vəkil X. Bağırov bildirib ki, iddia İlqar Məmmədovun prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiqləməməsi barədə MSK-nın qərarı əsassız sayılaraq qaldırılıb.

MSK-nın avqustun 24-da keçirilən iclasının qərarına əsasən İ. Məmmədovun müraciətinə baxılma müddəti uzadılıb. Belə ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan İlqar Məmmədovun namizədliyinin irəli sürülməsi barədə müraciəti zamanı bir sıra sənədlərdə müəyyən səhv və pozuntular olub.

Onun istintaq altında olması istisna hal kimi nəzərə alınaraq, sənədlərinin qəbulu müddəti uzadılıb.
XS
SM
MD
LG