Accessibility links

İlyas İsmayılov: Qohumbazlığı, yerlibazlığı aradan qaldıracam [Video-müsahibə]


İlyas İsmayılov: Qohumbazlığı, yerlibazlığı aradan qaldıracam
please wait

No media source currently available

0:00 0:09:04 0:00
Direct link

İlyas İsmayılov: Qohumbazlığı, yerlibazlığı aradan qaldıracam

Prezidentliyə namizəd, Ədalət Partiyasının sədri İlyas İsmayılovun Amerikanın Səsinə müsahibəsi

Prezidentliyə namizəd, Ədalət Partiyasının sədri İlyas İsmayılov Amerikanın Səsinə müsahibəsində prezident seçkiləri, təşviqat kampaniyası, İslam Partiyasının İlyas İsmayılovu müdafiə etməsinin səbəbləri, mülkiyyəti və gəlirləri barədə danışıb. O İctimai Televiziyada keçirilən debatların sonuncusunda iştirak edəcəyini bildirib.

Müsahibədən seçmələr:

Elə bil seçkidən yorulublar.
- Biz hələ beynəlxalq standartlara cavab verəcək səviyyədə seçki təşkil etməmişik. Ancaq çox böyük əngəllər də görmürəm. Adi seçki gedir. Mənə xoş gəlməyən odur ki, insanların seçkiyə marağı azdır. Elə bil seçkidən yorulublar.

- İslam Partiyası kimlərinsə istəyindən asılı olmayaraq respublikamızda mövcud olan və ictimaiyyət tərəfindən qəbul olunan bir partiyadır. Biz müsəlman ölkəsiyik. Onların bizi dəstəkləməsini yüksək qiymətləndirirəm.

- Onlar deyiblər ki, qanunun aliliyi prinsipini gözləyirlər, qanunlara hörmətlə yanaşırlar. Başqa cür də ola bilməz. Amma çoxları narahatdır, bizə qarşı böhtan kampaniyası da aparırlar ki, İslam Partiyasını bizdən aralayıb Milli Şuraya cəlb etsinlər.

Böhtan kampaniyası da aparırlar ki, İslam Partiyasını bizdən aralayıb Milli Şuraya cəlb etsinlər.
- 2003-cü ildə də prezidentliyə namizəd idim. Onda 45 min imza toplamışdım. İmzaların 2500-nü Naxçıvandan toplamışdıq. O zaman Naxçıvandan 5 min imza toplamaq niyyətimiz də var idi. Amma yerli hakimiyyət icazə vermədi. Naxçıvan təşkilatımız güclü idi, 1000 nəfər üzvümüz var idi. Nəticədə Naxçıvanda mənə 4 səs yazdılar. Ümid edirəm bu seçkilər elə keçməyəcək. Səsləri olduğu kimi yazacaqlar.

- Hər yerdə məni yüksək qarşılayırlar. Xalqın inamını görəndə qələbəmə inamım var. Prezident seçilərəmsə Azərbaycan xalqını xoşbəxt edərəm. Ölkəni qanunla idarə edilən ədalətli bir cəmiyyətə çevirərəm. Elə edərəm ki, Azərbaycan başqa insanlar üçün də cəlbedici ölkə olsun.

Nəticədə Naxçıvanda mənə 4 səs yazdılar. Ümid edirəm bu seçkilər elə keçməyəcək. Səsləri olduğu kimi yazacaqlar.
- İnsanlar arasında ayrı seçkiliyə yol vermərəm. Qohumbazlığı, yerlibazlığı aradan qaldırmağa çalışaram. Azərbaycan xalqının millət kimi formalaşması üçün qohumbazlığı, yerlibazlığı aradan qaldıraram.

- Çalışacam ki, Dağlıq Qarabaş problemi ATƏT-in Minsk qrupunun inhisarından çıxarılsın. Çünki ATƏT bu məsələni həll edə bilməz. Ona görə ki, ATƏT-in qərarları hüquqi xarakter daşımır, tövsiyə xarakteri daşıyır. Tövsiyəni isə ermənilər tanımaz.

- Çalışacam ki, hakimiyyətin bölünməsi prinsipi sözdə yox, əməldə yerinə yetirilsin. Hakimiyyətin qolları bir-birini qeyri-qanuni əməllərdən çəkindirməlidir. İctimai fikrə çox böyük hörmətlə yanaşacam.

Yenə tələb edəcəm ki, bizneslə məşğul olan parlament üzvləri mandatlarından imtina etsinlər.
- Hamı qanunun təsiri altında olmalıdır. Heç kim qanundan üstün ola bilməz. Yenə tələb edəcəm ki, bizneslə məşğul olan parlament üzvləri mandatlarından imtina etsinlər. Mən bununla bağlı Prezident Administrasiyasına müraciət etdim. Oradan dedilər Mərkəzi Seçki Komissiyasına müraciət et. MSK isə hələ də sorğuma cavab vermir.

- Mənim əmlakım və mülkiyyətim şəffafdır. Bu barədə məlumatları MSK-ya təqdim etmişik. Bakıda 46 kvadratmetrlik mənzilim var. Başqalarının kitabxanaları, mətbəxi 46 kvadratmetrdir. Deputat olanda Fazil Mustafanın təsiri ilə prezidentə müraciət etdim. Mənzil veriblər, indi tikilməkdədir. Nə vaxt hazır olacaq bilmirəm. Moskvada işlədiyim vaxt mənzil almışam. Oğlumun biri Rusiya vətəndaşıdır. İndi o mənzil mənim adıma olsa da onun mənzilidir, o yaşayır. Bağım var 50 kvadratmetr. Bir də Tovuzda 20 sot torpağım var. Bunlar bütün mənim əmlakımdır, 75 ildə qazandığımdır. Gəlirlərim isə pensiyam və Milli Məclisdən aldığım maaşımdır. Ayrı gəlirim yoxdur.

Bunlar bütün mənim əmlakımdır, 75 ildə qazandığımdır.
- Vətəndaşlar da xahiş edir ki, debatlarda iştirak edim. Çox güman ki, axırıncı debatda iştirak edəcəm.
XS
SM
MD
LG