Accessibility links

İranlı məhbusun görüntüləri qəzəbə səbəb olub


Fərhad Meysami
Fərhad Meysami

Sosial mediada məcburi hicab siyasətinə qarşı nümayişlərə dəstək olaraq aclıq aksiyası keçirən həbsdə olan və iranlı həkimin olduğu iddia edilən və arıqladığını əks etdirən görüntüləri qəzəbə və onun ölüm riski ilə üzləşdiyi ilə bağlı xəbərdarlıqlara səbəb olub.

Vəkilinin bildirdiyinə görə, baş örtüyü siyasətinə etiraz edən qadın fəlları dəstəklədiyinə görə 2018-ci ildəb bəri həbsdə olan 53 yaşlı Fərhad Meysami aclıq aksiyasına oktyabrın 7-də hökumətin bu yaxınlarda nümayişçiləri öldürməsinə etiraz olaraq başlayıb.

Ancaq İran məhkəməsi onun aclıq aksiyası keçirdiyinə dair iddiaları rədd edib və bildirib ki, sosial mediada viral olan şəkillər dörd il öncə, Meysami aclıq aksiyası etdiyi vaxta aiddir.

Tələbələrin idarə etdiyi yar-rəsmi Gənc Jurnalistlər Klubu adlı xəbər agentliyi sübut olaraq Meysaminin ən son çəkildiyini iddia etdiyi şəklini paylaşıb. Həmin şəkildə onun arıqlamadığı və həbsxana kamerasının döşəməsində oturub, yanında da çipsi qutusu olduğu güman edilən bir qutu var.

Reuters şəkillərin nə zaman çəkildiyini yoxlaya bilməyib.

İranda kürd qadın Məhsa Əminin sentybarın 16-da polisin nəzarətində ikən ölümündən sonra ümummilli etirazlar baş qaldırıb.

Əmini hicam qaydalarını pozduğuna görə əxlaq polisi tərəfindən saxlanılmışdı. Qadınlar etiraz aksiyalarında aparıcı rol oynayıb. Onların çoxu baş örtüklərini çıxarıb və ya yandırıb.

İnsan hüquqları qrupları 500-dən çox etirazçının öldürüldüyünü, təxminən 20 min nəfərin həbs edildiyini bildirib. İranın məhkəmə orqanının məlumatına görə, azı dörd nəfər edam olunub.

“Mənim müştərim Fərhad Meysamin həyatı təhlükə altındadır,” vəkil Məhəmməd Mogimi Twitter-də yazıb. “O, hökumətin küçələrdə insanları öldürməsinə etiraz məqsədilə aclıq aksiyasına başlayıb.” O deyib ki, Meysami 52 kilo çəki itirib.

Şəkillərdə Meysaminin xəstəxana yatağına bəznər yataqda qıvrılaraq uzandığı, bir digərində isə ayaqda olduğu, qabırğalarının isə üzə çıxdığı görünür.

“Həbsxanada aclıq aksiyası keçirən qadın hüquqlarının cəsur müdafiəçisi Dr. Fərhad Meysaminin şok edən görüntüləri,” Vaşinqtonun İran üzrə xüsusi elçisi Robert Malli Twitter-də yazıb.

“İran rejimi haqsız olaraq onu və minlərlə digər siyasi məhbusu hüquq və azadlıqlarından məhrum edib. İndi isə haqsız yerə onun həyatını təhlükəyə atır,” o deyib.

Meysami BBC-nin fars xidməti tərəfindən yayımlanan məktubunda üç tələb irəli sürüb: edamlara son qoyulmasını, siyasi məhbusların azadlığa buraxılmasını və “məcburi-hicab təcavüzünə son qoyulmasını.”

XS
SM
MD
LG