Accessibility links

Şimali Koreya Cənubi Koreya ilə müsbət münasibətlərə hazır olduğunu sübut etməlidir


Şimali Koreya Cənubi Koreya ilə müsbət münasibətlərə hazır olduğunu sübut etməlidir
Şimali Koreya Cənubi Koreya ilə müsbət münasibətlərə hazır olduğunu sübut etməlidir

Şimali Koreya nüvə proqramına dair danışıqları 2008-ci ildə araşdırmalara görə mübahisə üzündən dayandırıb

Yüksək rütbəli ABŞ diplomatı bildirib ki, Şimali Koreya nüvə proqramına dair altıtərəfli danışıqlara yenidən başlamazdan əvvəl Cənubi Koreya ilə müsbət münasibətlərə hazır olduğunu sübut etməlidir. Dövlət katibinin yardımçısı Kört Kampbel bu gün Seulda Obama administrasiyasının mövqeyini ifadə edib. Cənab Kampbel orada dövlət rəsmiləri ilə Kim Conq İl-in kiçik oğlu Kim Conq Un-un ölkənin növbəti lideri seçməsini müzakirə etmək üçün görüşürdü. Şimali Koreya nüvə proqramına dair danışıqları 2008-ci ildə araşdırmalara görə mübahisə üzündən dayandırıb, və ikinci nüvə silahını növbəti il sinaqdan keçirdi. Lakin avqust ayında Çinə səfəri zamanı Kim Conq İl danışıqların erkən bərpasına çağırdığı bildirilir. Bugün Cənubi Koreya prezidenti Li Myunq-bak-ın milli təhlükəsizlik üzrə məsləhətçisi Şimali Koreyanın nüvə hədəsinin narahatedici səviyyəyə çatdığını deyib.

XS
SM
MD
LG