Şimali Koreya gələn il Seulda keçiriləcək nüvə sammitində iştirak etmək üçün kommunist lider Kim Conq İlə Cənubi Koreya prezidenti Li Myunq-bakın dəvətini rədd edib.
Bəyanatı yayan Koreyanın Dinc Birləməsi üçün Şimal Komitəsi cənab Linin dəvətini kommuist rejimini tərk-silah etmək cəhdi adlandırıb və Cənubi Koreya liderini satqın adlandırıb.
Berlində Almaniya kansleri Angela Merkellə danışıqların ardınca irəli sürülən təklif sammitdə iştirakı Pxenyanın nüvə silahlarından əl çəkməsi ilə şərtləndirir.