Accessibility links

Şimali Koreya hökuməti xalqı Kim Conq-un ətrafında "canlı qalxan" yaratmağa səsləyir


Şimali Koreya hökuməti xalqı Kim Conq-un ətrafında "canlı qalxan" yaratmağa səsləyir
Şimali Koreya hökuməti xalqı Kim Conq-un ətrafında "canlı qalxan" yaratmağa səsləyir

Şimali Koreya hökuməti xalqı yeni lider Kim Conq-unun ətrafında birləşməyə və insan qalxanı yaratmağa çağırıb. Açıqlanmış bəyanatda şimali koreyalılar həmçinin sabiq lider Kim Conq-ilin siyasətini davam etdirməyə və ölkənin əsas problemi olan ərzaq çatışmazlığını aradan qaldırmağa səsləndirilir.

Şimalın üç başlıca qəzetində dərc edilən redaktor məqaləsində bildirilir ki, 27 yaşlı Kim Conq-un babası Kim İl-sunqun başladığı inqilabi mübarizəni davam etdirmək üçün layiqli şəxsiyyətdir.

“Kim Conq-un, Partiyamızın ali rəhbəri Sonqun (birinci hərb) Koreyasının qələbə və şöhrət bayrağının daşıyıcısıdır,” deyə dövlət orqanının 5 min sözlük məqaləsində deyilir.

Məqalədə bildirilir ki, Kim Conq-un eynilə atası kimidir. Yazıda Koreya xalqı öz canları ilə Kim Conq-unu ölənədək qorumağa çağırılır.

Maraqlıdır ki, redaktor məqaləsində “ərzaq çatışmazlığı” ölkənin başlıca problemi kimi qeyd olunur.

XS
SM
MD
LG