Accessibility links

Şimali Koreya ilə nüvə danışıqlarının yaxın gələcəkdə davam etdirilməsi gözlənilmir


Şimali Koreya altıtərəfli danışıqlara qayıtmayana qədər sanksiyalar qüvvədə qalacaq

Şimali Koreya ətrafında nüvə danışıqlarında ABŞ-ın xüsusi nümayəndəsi bildirib ki, dayandırılmış danışıqların yaxın gələcəkdə davam etdirilməsi gözlənilmir. ABŞ-ın səfiri Stefen Bosvort bu gün Pekinə yola düşməzdən əvvəl Tokioda müxbirlərlə görüşüb . O deyib ki, növbəti bir neçə həftə diplomatik fəaliyyətdə canlanmanın gözlənməsi üçün əsas yoxdur. Onun sözlərinə görə, Pxenyan tərəfindən xüsusi ciddilik ifadə edilməyənə qədər, danışıqlar bərpa olmayacaq. Şimali Koreya BMT-nin nüvə silahı sınağının ardınca uzunmənzilli raketləri sınaqdan keçirməsinə görə ölkəni ittiham etməsindən sonra danışıqlardan çıxıb. Bundan sonra BMT sınaqlara görə Pxenyana qarşı sanksiya tətbiq edib. Bosvort deyib ki, Şimali Koreya altıtərəfli danışıqlara qayıtmayana qədər sanksiyalar qüvvədə qalacaq. O bildirib ki, Obama administrasiyası rejimlə birbaşa danışıqları istisna etmir.

XS
SM
MD
LG