Accessibility links

Şimali Koreya lideri Kim Yonq İl Sibirə səfər edib


Şimali Koreya lideri Kim Yonq İl Sibirə səfər edib
Şimali Koreya lideri Kim Yonq İl Sibirə səfər edib

Şimali Koreya lideri Kim Yonq İl Rusiya prezidenti Dmitri Medvedevlə zirvə görüşündən öncə Sibirdə gölkənarı şəhəri ziyarət edir.

Rusiyanın İtar-Tass xəbər agentliyinin verdiyi məlumata görə, cənab Kimin maşın karvanı onu Ulan-Ude dəmir yol stansiyasından Balkan gölü sahilində yerləşən kəndə aparıb.

Rusiya prezidenti Medvedevlə görüş zamanı Şimali Koreyadan keçəcək qaz boru kəməri təklifi, Şimali Koreyanın nüvə silahı proqramı və Pxenyanın ərzaq yardımı xahişi kimi məsələlərin müzakirə ediləcəyi gözlənilir.

Rusiya rəsmiləri bazar ertəsi yüksək rütbəli hərbiçilərdən ibarət nümayəndələr heyətinin hərbi əməkdaşlığı genişləndirmək üçün Pxenyana səfər etdiyini elan edib.

XS
SM
MD
LG