Accessibility links

Şimali Koreya liderinin boyük oğlu irsi hakimiyyətin əleyhinədir


Şimali Koreya liderinin boyük oğlu irsi hakimiyyətin əleyhinədir
Şimali Koreya liderinin boyük oğlu irsi hakimiyyətin əleyhinədir

O deyib ki, irsi hakimiyyətin əleyhinə olmasına baxmayaraq, daxili səbəblərə görə bu qayda davam etdirilə bilər

Şimali Koreya liderinin boyük oğlu Kim Conq İl ailəsinin hakimiyyəti irsi yolla üçüncü nəslə ötürülməsinin əleyhinə olduğunu bildirib. Kim Conq Nam Asahi Yaponiya televiziyasına müsahibəsində deyib ki, onun irsi hakimiyyətin əleyhinə olmasına baxmayaraq, daxili səbəblərə görə bu qayda davam etdirilə bilər. Kimin kiçik ögəy qardaşı Kim Conq Un bu ay yüksək vəzifəyə təqdim olunub. Bu onu göstərir ki, o, atasının yolunu davam etmək üçün seçilib. Atasının yolunun davamçısı kimi bir vaxtlar Kim Conq Nam nəzərdə tutulurdu. Lakin 2001-ci ildə saxta pasportla Yaponyanın ərazisinə daxil olarkən yaxalandıqdan sonra etibarını itirmişdir.

XS
SM
MD
LG