Accessibility links

Şimali Koreyada varis planına hazırlıqlar gedir


Şimali Koreya kommunist rejiminin qurulmasının ildönümünü qeyd edirkən lider Kim Conq İlin hakimiyyəti öz oğluna miras qoyacağı haqda şayiələr dolaşır. Dövlətə məxsus Koreya Mərkəzi Xəbər Agentliyi bildirir ki, hökumət rəsmiləri, əsgərlər və Fəhlə Partiyasının üzvləri Pxenyanda Kumsusan Xatirə Sarayına toplaşıblar. Burada 1948-ci ildə Şimali Koreyanın banisi Kim İl Sunqun cənazəsi saxlanılır. Kim Con İl 1994-cü ildə atası öldükdən sonra dövlət başçısı olub. Dolaşan xəbərlərə görə Fəhlə Partiyasının üzvləri bu ay Pxenyanda keçriləcək iri konfransa hazırlaşırlar. İnanılır ki, həmin bu konfransda Kim Conq İl özünün üçüncü ən kiçik oğlu Kim Conq Unu varis təyin edəcək. Bir qrup defektor konfransın baş vermiş daşqınlara görə ləngidiyini bildiribş Lakin Seulda qərargahlanan Açıq Radio isə bu ləngiməni Kim Conq İlin pisləşən səhhəti ilə izah edir.

XS
SM
MD
LG