Accessibility links

Rusiya-Ukrayna müharibəsi qlobal iqtisadiyyatın bərpasını yavaşladır


Rusiya-Ukrayna müharibəsi qlobal iqtisadiyyatın bərpasını yavaşladır
please wait

No media source currently available

0:00 0:02:41 0:00

Rusiya-Ukrayna müharibəsi qlobal iqtisadiyyatın bərpasını yavaşladır

Rusiyanın Ukraynadakı müharibəsi və Moskvaya Qərb sanksiyaları qlobal ticarətə təsir edərək, neft qiymətinin artımına və qida təminatının təhlükə altına düşməsinə səbəb olub. Bu, dünya ölkələrinin pandemiyadan sonra özünə gəldiyi bir vaxtda baş verir. Nəticədə Beynəlxalq Valyuta Fondu qlobal iqtisadi proqnozlarını kiçiltməyə məcbur olub.

Pyer-Oliver Qorinças, BVF-nin baş iqtisadçısı: “Hətta müharibədən öncə, çox sayda ölkədə tələb-təklif disb alansı və pandemiya dövrü dəstək siyasəti nəticəsində inflyasiya artmaqda idi. Bu da monetar siyasətin sərtləşdirilməsinə sövq edib.”

Beynəlxalq Valyuta Fondu qlobal artım proqnozunu 4.4 faizdən 3.6 faizə, Dünya Bankı isə eyni proqnozu 4.1 faizdən 3.2 faizə azaldıb.

Enerji və əmtəə qiymətlərinin artımı istehsalın azalmasına və inflasiyanın artımına səbəb olub. Ağ Ev bunda Moskvada günahlandırır.

Cen Psaki, Ağ Ev mətbuat katibi: “Biz bunu əvvəldən deyirdik ki, prezident Putinin və Rusiyanın Ukrayananı işğalının qlobal iqtisadiyada davamlı təsiri olacaq. Bu həm neft bazarlarına, həm də digər sahələrə aiddir.”

Bunun üzərinə koronavirusun omikron variantına görə tez-tez qapanmlı olan Çin iqtisadiyyatını da əlavə edin.

Diana Furçtqot-Ros, Corc Vaşinqton Universiteti: “İlk növbədə Çin xaricdən gələn bütün məhsullara bir həftəlik karantin tətbiq edib. Bu o deməkdir ki, başqa yerlərdən gələn, deyək ki, Cənubi Koreya çiplərindən istifadə edən istehsalçılar Çində məhsul istehsalında gecikirlər. İkincisi isə, qapanmalar səbəbilə Honq Konq və Şanxay kimi limanlarda tıxaclar yaranıb.”

Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun Vaşinqtondakı yaz görüşlərinə qatılan mərkəzi bankların əsas hədəfi qlobal iqtisadiyyatı tənəzzülə salmadan iflyasiyanı məhdudlaşdırmaqdır. Onlar buna faiz dərəcələrini tədricən və koordinasiya edərək artırmaqla nail olmaq istəyirlər.

Desmond Lakman, Amerika Müəssisə İnstitutu: “Bu, inflyasiyanın bir yerdən digər yerə sızmasının qarşısını ala bilər. Amma bu çox incə bir işdir. Bizim çox canlı səhm bazarlarımız və ev bazarlarımız var. Odur ki, bu asan olmayacaq. Tənəzzül yaratmadan inflyasiyanın azaldılması üçün faiz dərəcələrinin artımı asan deyil. Yəqin ki, onlar daha yumşaq proses üçün infylasiyanın bir az irəli getməsinə imkan yaradacaqlar.”

Qərbin Rusiya prezidenti Vladimir Putini təcrid etmək səyləri bu addımları koordinasiyalı etməyi çətilləşdirə bilər. ABŞ Ukrayadakı hadisələrə görə Moskvanın Böyük 20-likdə iştirakına etiraz etdiyi üçün həmin ölkələrin maliyyə nazirləri ilə bəzi görüşlərdə iştirak etməyəcək.

XS
SM
MD
LG