Accessibility links

ABŞ-a qanunsuz daxil olan şəxslərin deportasiya ediləcəyi xəbərinə prezidentliyə namizədlər münasibət bildirib


ABŞ prezidentliyinə namizədlər ABŞ-ın yanvarın əvvəlinədək ölkəyə qanunsuz daxil olan ailələri departasiya edəcəyi barədə çıxan məqaləyə münasibət bildirib.

Demokrat namizədlər arasında öndə gedən sabiq dövlət katibi Hillari Klinton bildirib ki, ABŞ Milli Təhlükəsizlik Departamentinin ilk dəfə geniş miqyaslı qanunsuz mühaciri ölkədən çıxara biləcəyi barədə məlumatdan ciddi narahatdır. Klintonun kampaniyası bildirib ki, hər kəsin tam və ədalətli dinləmə hüququna malik olması və bizim ölkənin sığınacaq istəyənlərə yardım etməsi çox vacibdir.

Klintonun əsas demokrat rəqibi senator Berni Sanders də ötən gün dərc edilən hesabatdan narahat olduğunu bildirib. Senator bununla bağlı bəyanat açıqlayıb. “Bizim ölkəmiz daima ümid işığı və məzlum insanlar üçün sığınacaq olub.... Biz buraya pənah gətirən uşaqlar və ailələri müdafiə etmək üçün addımlar atmalıyıq, onları qovmalı deyilik.”

Prezidentliyə respublikaçı namizədlər arasında ən qabaqçılı olan daşınmaz əmlak maqnatı Donald Tramp məsələ ilə bağlı Tviterlə paylaşdığı reaksiyada özünə kredit verib. Tramp “deportasiya ilə bağlı plan nəzərdən keçirilir ona görə ki, mən hökumətə bunu etməyə təsir göstərmişəm. Bunun zamanı çatıb” – deyə o, bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG