Accessibility links

İmmiqrantları xilas edən gəmi ekipaj üzvlərinə qarşı məhkəmə işi açıla bilər


İtaliyanın daxili işlər naziri İtaliya limanına yan almasına qadağa qoyulmuş immiqrantları xilas edən Sea Watch 3 gəmi ekipaj üzvlərinə qarşı məhkəmə işi açacağı ilə hədələyib.

Sea Watch 3 qayığı bir neçə gün əvvəl 47 mühaciri Aralıq Dənizindən xilas etdikdən sonra çərşənbə günündən bəri Siciliya sahilində dayanıb. Gəmiyə pis hava şəraiti səbəbindən limanda lövbər salmağa icazə verilib.

“Biz hər kəsdən xahiş edirik, hər kəsə yalvarırıq, biz İtaliya hökumətinə bizə kömək etməsi üçün yalvarırıq. Bizə kömək lazımdır. Bizə indi kömək lazımdır” - deyə seneqallı mühacir bildirib.

Sea-Watch 3 gəmisindən həkim Frank Doerner deyib ki, bir çox mühacir travmasonrası simptomlardan əziyyət çəkir.

“Göyərtədə sanitariya şəraiti uzun müddət inanların burada qalması üçün nəzrdə tutulmayıb. Biz tibbi yardımı ciddi hallara yönəltmişik. Göyərtədəki insanların əksəriyyəti travmasonrası simptomlardan əziyyət çəkməsinə baxmayaraq biz psixoloji yardım göstərə bilmirik. Bu insanların çoxu zorakılıqlarla üzləşib. Çoxları işgəncələrə məruz qalıb və dostlarının öldürülməsini görüb” - deyə, həkim Frank Doerner bildirib.

Gəmidəki vəziyyəti yoxlamaq və mühacirlərin vəziyyətini qiymətləndirmək məqsədi ilə bir qrup italiyalı qanunverici gəmini ziyarət edib. Onlar deyir ki, yorğunluqdan əziyyət çəkən 47 mühacir üçün gəmidə cəmi bir ayaqyolu var.

İtaliya daxili işlər naziri Matteo Salvini mühacirlərin gəmidən enməsi üçün İtaliya limanlarını açmaqdan imtina edib.

Salvini baş verənlərdə insan qaçaqmalçılığı problemi ilə məşğul olan, Almaniyaya məxsus Sea Watch humanitar qrupu tərəfindən idarə edilən Sea Watch 3 gəmi ekipajını təqsirləndirir.

XS
SM
MD
LG