Accessibility links

ABŞ-da 11 milyon mühacir yeni qanunu gözləyir [Video]


11 milyon mühacir yeni qanunu gözləyir
please wait

No media source currently available

0:00 0:02:54 0:00
Birləşmiş Ştatlarda qeyri-qanuni yaşayan 11 milyon mühacir qanunvericilərin ölkənin mühacirət sistemində islahatlarla bağlı razılıq əldə edəcəklərinə ümid bəsləyir.

Sadia diplomat qızıdır və Birləşmiş Ştatlara 14 il bundan əvvəl gəlib. Amma o, hələ də qanuni statusa malik deyil. Amerikanın Səsinə müsahibəsi zamanı o, adının dəyişməsini və üzünün göstərilməməsini xahiş edib. “Sənədsiz yaşamaq doğrudan da çətindir, çünki işləyə bilmirsən. Əgər iş tapsan belə, biləndə ki, sənədin yoxdur, səni aldada bilir və daha az pul verirlər” - deyə, Sadia bildirir.

Sadia ipoteka biznesində çalışır və adətən qeyri-qanuni mühacirlər üçün formalaşmış stereotipə uyğun gəlmir.

Manar Vahid Cənubi Asiya mühacirləri vəkilləri qrupunda işləyir. “Bizə iş üçün müxtəlif sahələrdən, elm və texnologiya, riyaziyyat üzrə mütəxəssislər müraciət edir.”

Təhlilçilər bütün sənədsiz insanların deportasiya edilməsinin mümkün olmayacağını deyirlər. İmmiqrasiya islahatları ilə bağlı layihə Konqresdə nəzərdən keçirilir. Senat layihədəki Amerika-Meksika sərhədlərində dəyişiklikləri bəyənib.

Vaşinqtondakı Miqrasiya Siyasəti İnstitutundan Demetrios Papademetrius sənədsiz mühacirlərin qeydiyyatdan keçməli olduğunu deyir. “İnsanların qeydiyyatdan keçməsi onların böyük əksəriyyətinin sənəd ala bilməsi demək olacaq.”

Qeydiyyatdan keçmə prosesi eləcə də, hakimiyyət orqanlarına səndəsiz insanların cinayət törədib-törətmədiyini aşkar etməyə yardım edəcək.

Sadia: “Mənim fikrimcə cinayətkar keçmişi olanlara və ya qeyri-qanuni işlər görənlərə bu ölkədə yaşamaq və işləmək üçün yaşıl kart verilməməlidir. Lakin İmiqrasiya prosesində yaxşı mühacirlərə güzəştlər olmalıdır.”

Demetrius Papademitrius Birləşmiş Ştatlara daha effektiv imiqrasiya sisteminin lazım olduğunu deyir. “Birləşmiş Ştatların tələblərinə cavab verən, çevik, qanuni, aydın, təhlükəsizliyi təmin edə biləcək bir system olmalıdır ki, bu ölkəyə gələnlər bunu başa düşsün.”

Hazırda hamının nəzəri Birləşmiş Ştatlar qanunvericilərinə dikilib. Senat qanun layihəsini tezliklə qəbul etsə belə, Nümayəndələr Palatası ilin sonunadək onun üzərində səsvermə keçirməyəcək.
XS
SM
MD
LG