Yaponiya parlamenti cümə günü İmperator Akihitonun taxtdan imtina edərək, hakimiyyəti böyük oğlu, vəliəhd şahzadə Naruhitoya ötürməsinə icazə verən qanunu təsdiqləyib.
Taxtdan imtina edilməsi Yaponiya monarxiyası tarixində son 200 ildə ilk belə belə hadisə olacaq. Akihito 1989-cu ildə atası İmperator Hirohitonun vəfatından sonra 56 yaşında hakimiyyətə gəlmişdi.
Medianın verdiyi məlumata görə, rəsmilər hazırda 85 yaşında olan Akihitonun 2018-ci ilin sonuna qədər İmperator taxtından imtina edəcəyini gözləyir.
Səsvermə ictimai televiziya vasitəsilə canlı yayımlanıb. Qanun layihəsi keçən həftə parlamentin aşağı palatasında təsdiq etdikdən sonra cümə günü yuxarı palatada səs çoxluğu ilə qəbul edilib.
Keçən il ürək əməliyyatı keçirən və xərçəng xəstəliyi ilə əlaqədar müalicə edilən İmperator Akihito 30 ildən sonra taxtdan imtina etmək qərarına gəlib. Bu da 2000 illik tarixə malik Yaponiya monarxiyasında taxtdan imtina edilməsi ilə bağlı müzakirələrin canlanmasına səbəb olub.
Yeni qanuna görə hakimiyyəti təhvil vermə prosesi növbəti 3 il ərzində həyata keçirələcək.
1817-ci ildə İmperator Kokaku taxtdan imtina edən sonuncu yapon imperatoru olmuşdu.