Prezident Donald Trampın çərşənbə günü ABŞ Kapitolisinə hücum edən kütləni təhrik etməsindəki roluna görə məsuliyyət daşıdığını deyən Nümayəndələr Palatasının Demokrat üzvləri bazar ertəsi günü impiçment sənədini təqdim edəcəklərini elan edib.
Trampa qarşı ittihamların hazırlanmasına kömək edən Kaliforniyadan Demokrat Ted Lieu şənbə günü günortadan sonra Tvitter səhifəsində sənədə 180 ortaq sponsor olduğunu bildirib. Onlar arasında heç respublikaçı yoxdur.
Nümayəndələr Palatasının spikeri Nensi Pelosi və həmkarları səlahiyyət müddəti yanvarın 20-də bitəcək prezidenti vəzifəsindən uzaqlaşdırmaq istəyir.
Lakin Respublikaçıların nəzarət etdiyi ABŞ Senatının bununla razılaşmayacağı gözlənilir.
Palata prezidentə ikinci dəfə impiçment tətbiq etməyə çalışır.
Əgər ikinci impiçment barədə sənəd təqdim edilsə, bu, prezidentə bir dəfə bəraət qazandıran Senatda məhkəmə prosesinə yol aça bilər. Senat yanvarın 19-dək tətildə olacaq. Demokratlar Senatın nəzarətini yanvarın sonunda ələ alacaq.
Konqresin Demokrat liderləri vitse-prezident Mayk Pensin 25-ci düzəlişi tətbiq etməyə çağırıb. Bu düzəliş prezidentin yerinə altenativ irəli sürülməsi və onun daha tez vəzifəsindən kənarlaşdırılmasına imkan yarada bilər.
Pens bu çağırışa cavab verməsə də, bu kimi əməlləri dəstəkləmədiyini deyib.
Konstitusyaya edilən bu düşəliş 1960-cı illərdə qəbul edilib və kabinetin təsdiqi ilə hakimiyyət vitse-prezidentə ötürülə bilər.
Lakin şərhçilər Trampın hakimiyyətinin bir neçə gündən sonra başa çatdığına görə bunun mümkün olmayacağını deyir.