Accessibility links

Trampın impiçmenti ilə bağlı ictimaiyyətə açıq dinləmələrə start verilib


Noyabrın 13-də ABŞ prezidentinin impiçmenti ilə bağlı ictimaiyyətə açıq tarixi dinləmələrə start verilib. Qanunvericilər prezidentin siyasi baxımdan özünə yardım məqsədi ilə vəzifəsindən sui-istifadə edib-etmədiyi ilə bağlı bir-birindən kəskin fərqlənən fikirlər irəli sürür.

Bu gün ABŞ-ın Ukraynadakı səfiri və dövlət katibinin yardımçısının müavini Corc Kent və Amerikanın Ukraynadakı diplomatı Vilyam Teylor sualları cavablandırır.

Noyabrın 15-də isə ABŞ-ın Ukraynadakı sabiq səfiri Mari Yovanoviç ifadə verəcək.

Prezident Ukraynadan rəqibi Co Bayden və onun oğlu barədə məlumat toplamasını istəməkdə ittiham olunur. Bu səbəblə Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Adam Şiff məhkəmə qərarı ilə bununla bağlı əlavə məlumat tələb edib.

Dinləmələrdən bir neçə saat əvvəl prezident Tramp impiçment səylərini onun 3 illik prezidentliyinə hədə olduğunu deyib.

ABŞ dövlət başçısı bildirib ki, "nəyə görə məlumatı ikinci və ya üçüncü əldə alan şahidlərdən ifadə alınır. Onların əksəriyyəti və vəkilləri Trampa nifrət edənlərdir. Transkripti oxumaqla Ukryana prezidenti ilə danışıqlar barədə birinci əl məlumatı əldə etmək olar" - deyə, prezident tvitlərin birində yazıb.

Nümayəndələr Palatası oktyabrın 31-də prezident Donald Trampın impiçment prosesinin rəsmiləşdirilməsinə səs verib.

İmpiçment araşdırmasına dair qətnamə 232-196 səslə təsdiq edilib. Səsvermədə respublikaçıların hamısı, demokratlardan isə ikisi qətnamənin əleyhinə səs verib.

Bu impiçment prosesi ABŞ tarixində dördüncüdür. 243 il ərzində bu ölkədə 19-cu əsrin ortalarında Endrü Conson, 20-ci əsrdə isə Bill Klintona qarşı impiçment prosesi açılmışdı. İmpiçmentə görə Riçard Nikson istefa verməli olmudu.

XS
SM
MD
LG