Moskvada “Alıye Parusa” yaşayış kompleksində partlayış baş verib. Bir nəfər ölüb, dörd nəfər yaralanıb. Bu barədə TASS fövqəladə hallar xidmətinə istinadən məlumat yayıb. “Kommersant” beş qurban haqqında yazıb. Partlayışda Rusiya hakimiyyətinin yaratdığı qondarma “DXR” Boks Federasiyasının “prezidenti” və “Arbat” batalyonunun yaradıcısı Armen Sarkisyan həlak olub.
Hadisə saat 9:45 radələrində Aviatsionnaya küçəsindəki 77 saylı binanın girişində baş verib. Bina sakinlərinin “Sever.Realii”yə verdiyi məlumata görə, hadisə yerində bir neçə təcili tibbi yardım briqadası və yanğınsöndürən maşın olub. Qonşu evdə yaşayan kişi “Mash”-a bildirib ki, güclü partlayış olub və qonşu binada yanğın siqnalizasiyası işə düşüb.
“Shot” yazıb ki, partlayışa "əldə hazırlanmış partlayıcı qurğu və ya qumbaraatan" səbəb olmuş ola bilər. Hüquq-mühafizə orqanlarından TASS-a bildirilib ki, kuryer partlayıcı qurğunu “Alıye Parusa” yaşayış kompleksinə gətirə bilərdi. Mash-ın məlumatına görə, onu “Alıye Parusa”nın foyesində divanın altına qoya və “ukrayna” sxeminə uyğun olaraq müşahidə kameralarından istifadə etməklə” uzaqdan işə salmış ola bilərlər.
Faktla bağlı iki və ya daha çox şəxsə öldürmə və öldürməyə cəhd (CM-nin 30-cu maddəsi və 105-ci maddəsinin 2-ci hissəsi) ilə cinayət işi açılıb.
Armen Sarkisyan haqda ilk xəbəri “VÇK-OQPU” yayıb. Telegram kanalı onun öldüyünü yazıb, lakin sonradan “İnterfaks” Armen Qorlovski kimi tanınan Sarkisyanın ağır yaralı və sağ olduğunu dəqiqləşdirib. "Sarkisyan xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti son dərəcə ağır qiymətləndirilir", agentliyin mənbəyi bildirib. "112" Telegram kanalı onun sol ayağının qoparıldığını iddia edir. Sarkisyan daha sonra xəstəxanada dünyasını dəyişib.
Ukraynada Armen Sarkisyan qeyri-qanuni silahlı birləşmələrdə könüllü iştirakda və işğalçı dövlətə yardımda ittiham olunur. Ukrayna Təhlükəsizlik Xidməti onu cinayətkar adlandırır. SBU-nun məlumatına görə, Arbat batalyonunun özəyi “qətl, quldurluq və digər ağır cinayətlərə görə məhkum edilmiş cinayətkarlardan ibarətdir”. Məhbusları işə götürmək üçün FSB Sarkisyanı özünün qondarma “nəzarətçisi” təyin etmişdi.
Forum