Accessibility links

Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır


Slovakiyada ölkənin baş naziri Robert Fitsonun həyatına qəsd edilib, o, xəstəxanaya yerləşdirilib. Polis atəş açan şəxsi saxlayıb.

Fitsoya qarşı sui-qəsd Slovakiya hökumətinin səfər iclasının keçirildiyi Handlova şəhərində baş verib. Görüş başa çatdıqdan sonra Baş nazir Mədəniyyət Evinin binası yaxınlığında toplaşanların yanına çıxıb və daha sonra izdihamdan bir neçə güllə səsi eşidilib.

Polis tez bir zamanda Fitsoya sui-qəsddə şübhəli bilinən şəxsi saxlayıb.

Baş nazirin özü helikopterlə Bratislavaya aparılıb. Həkimlərin dediyinə görə, Fitso döş qəfəsindən və mədəsindən bir neçə yara alıb, vəziyyəti ağır qiymətləndirilir.

Slovakiya baş naziri Robert Fitso ona qarşı dui-qəsdən öncə.
Slovakiya baş naziri Robert Fitso ona qarşı dui-qəsdən öncə.

Reuters hospitalda olan nümayəndəsinə istinadən bildirir ki, həkimlər Fitsonun çatdırıldığı an ayıq olduğunu və hal-hazırda vəziyyətinin sabitləşdirildiyini deyirlər. Baş nazirin rəsmi sosial media hesabında Fitsonun "həyatına təhlükə yaradan xəsarət aldığı, onun əməliyyatı keçiriləcəyi və növbəti bir neçə saat ərzində hər şeyi aydınlaşacağı" qeyd edilir.

Slovakiya prezidenti Zuzana Çaputova baş nazirə qarşı "qəddar və ağılsız" hücumu kəskin şəkildə pisləyib. "Mən şokdayam. Mən Robert Fitsoya bu kritik məqamda hücumun öhdəsindən gəlmək üçün güc arzulayıram", prezident bildirib.

Yerli mətbuatın bildirdiyinə görə, Slovakiya hökuməti və parlamenti təcili toplantı keçirəcək və ölkənin baş naziri vəzifəsini müvəqqəti icra edəcək şəxsin namizədliyini müəyyən edəcəklər.

Fitso nə ilə tanınır?

Robert Fitso 2023-cü ilin payızında Slovakiyada keçirilən seçkilərdə partiyası "İstiqamət - Sosial Demokratiya" qalib gəldikdən sonra üçüncü dəfə baş nazir olub.

2018-ci ildə Fitso iki dəfə hökumət başçısı vəzifəsindən istefa edib - Korrupsiya əleyhinə nümyişlərdən sonra və Slovakiyada araşdırmaçı-jurnalist Yan Kusiakın qətlindən sonra.

Fitso dəfələrlə Ukrayna əleyhinə və Rusiyameylli bəyanatlar səsləndirib və Ukraynaya hərbi yardımın göstərilməsinə qarşı çıxıb. 2023-cü ildə onun tərəfindən yeni formalaşdırılmış hökumət Ukrayanaya 40,3 milyon dollarlıq hərbi yardım təqdim edilməsindən imtina edib və bildirib ki, bundan sonra Slovakiya Ukraynaya yalnız humanitar yardın göstərəcək.

Forum

XS
SM
MD
LG