Accessibility links

Xerson vilayətində üç nəfər həlak olub


Ukraynanın Xerson vilayətinin başçısı Aleksandr Prokudin son 24 saat ərzində atışma zamanı 3 nəfərin öldüyünü bildirib.

Prokudinin sözlərinə görə, Xersonla yanaşı, Ponyatovka, Sadovoe, Lvovskoye, Tyaginka, Novotyaginka, Nikolskoye, Tokarevka və Tomina Balka yaşayış məntəqələri də atəşə tutulub.

"Rusiya hərbçiləri yaşayış məntəqələrinə daxil olublar, nəticədə iki hündürmərtəbəli bina, lift və avtomobil zədələnib" – deyə, region rəhbəri Talegram kanalında yazıb.

Rusiya tərəfi bu məlumatları şərh etməyib. Xerson Dnepr çayı olan cəbhə xəttində yerləşir. 2022-ci ilin payızında Ukrayna hərbçiləri şəhəri və rayonun sağ sahil hissəsini Rusiya işğalından azad edə bilib. BBC Rus Xidməti qeyd edir ki, hər iki tərəf mütəmadi olaraq atəşə məruz qaldığını bildirir.

Donetsk vilayətində çərşənbə axşamı gecə Rusiya hərbçiləri S-300 zenit-raket kompleksindən istifadə edərək şəhərin özəl sektorunu atəşə tutublar. Bu haqda vilayət prokurorluğu bildirib. Ümumilikdə üçü qadın, biri isə kişi olmaqla dörd nəfər yaralanıb. Yaralılarda mina partlayışından sonrakı yaralar, xəsarətlər və sınıqlar var. Onlara təcili yardım göstərilib.

Prokurorluq həmçinin bildirib ki, hücum nəticəsində azı 24 ev və 4 avtomobilə ziyan dəyib.

Hərbi əməliyyatlar şəraitində döyüşən tərəflərin bəyanatlarını operativ şəkildə yoxlamaq mümkün deyil.

Forum

XS
SM
MD
LG