Accessibility links

Ukraynada müdafiə nazirinin 6 müavini vəzifəsindən azad edilib


Bazar ertəsi Ukrayna hökuməti müdafiə nazirinin altı müavinini işdən azad edib. Bu ayın əvvəlində, iki həftədən az bir müddət əvvəl bu vəzifədə Aleksey Reznikovu əvəz edən Rüstəm Umerov ölkənin müdafiə nazirliyinin yeni rəhbəri təyin edilib.

Vəzifəsindən kənarlaşdırılanlar arasında hərbi əməliyyatların gedişi ilə bağlı ictimaiyyətə açıqlamalar verən Anna Malyar da var.

Reznikovun Müdafiə Nazirliyinin rəhbəri olduğu müddətdə nazirlik media tərəfindən korrupsiya ittihamlarına məruz qalmışdı. Lakin buna baxmayaraq Reznikovun özü belə ittihamlarla üzləşməmişdi.

“Ukrayinska Pravda” xəbər saytı adlarını açıqlamayan hökumət mənbələrinə istinadən yazıb ki, Umerovun istəyi ilə bütün nazir müavinləri istefa veriblər.

Umerovun sözlərinə görə, onun prioritetlərinə nazirliyin Ukrayna silahlı qüvvələrinin fəaliyyətinin əlaqələndirilməsində əsas orqana çevrilməsi, hərbi qulluqçuların hüquqlarının təmin edilməsi və müdafiəsi, hərbi sənayenin inkişafı və korrupsiya ilə mübarizə daxildir.

Müharibə cinayətləri üzrə ixtisaslaşan hüquqşünas olan Malyar 2021-ci ildən müdafiə nazirinin müavini vəzifəsində çalışır. Onun müharibə ilə bağlı son açıqlaması bazar ertəsi səhər verilib.

O, keçən həftə Ukrayna əsgərlərinin ölkənin şərqində bir kəndi Rusiya qüvvələrindən alması barədə ilk məlumat verdikdən sonra onun xəbərinin qeyri-dəqiq olduğunu və kənd ətrafında döyüşlərin hələ də davam etdiyini bildirdikdən sonra tənqidlərə məruz qalıb. Hərbçilər ertəsi gün kəndi ələ keçirdiklərini elan ediblər, lakin Rusiya o vaxtdan bura nəzarəti itirdiyini inkar edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG