Accessibility links

Qızlarını öldürən ər və arvad ömürlük həbs cəzasına məhkum edildi


Hindistan məhkəməsi 14 yaşlı qızlarını və nepallı qulluqçunu 5 il bundan əvvəl qətlə yetirməkdə ittham edilən diş həkimləri ər-arvadı ömürlük həbs cəzasına məhkum edib. Məhkəmənin bu gün çıxardığı hökm cəmiyyət arasında fikir ayrılıqlarına səbəb olub.

Hindistanın Mərkəzi Kəşfiyyat Bürosunun Detektiv Agentliyi qızlarını qətlə yetirən Rajeş və Nupur Talvarlara ölüm cəzası istəyib. Cütlük hökmlə bağlı apellyasiya məhkəməsinə müraciət edəcəyini bildirib.

Ömürlük həbs cəzası ilə üzləşən diş həkimlərinin qızı Aruşi 2008-ci ildə Noyda şəhəri yaxınlığındakı evlərindən boğazı kəsilmiş halda tapılmışdı. Hadisədə həmin evdə işləyən Nümrajın əli olduğundan şübhələndikdən sonra qulluqçunun cəsədi aşkar edilmişdi.

Təhqiqatın əvvəlində polis Rajeşin qızı ilə nökər arasında münasibət olduğunu bildikdən sonra və onları öldürdüyünü deyirdi.
l

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG