Accessibility links

Dehli qadınlar üçün dünyanın ən təhlükəli şəhərlərindən biridir [Video]


Dehli qadınlar üçün dünyanın ən təhlükəli şəhərlərindən biridir
please wait

No media source currently available

0:00 0:02:25 0:00

Dünya boyu qadınların cinsi təcavüzdən necə qorunduqları ilə bağlı aparılan son rəy sorğularının nəticələri göstərib ki, London, Tokio və Paris qadınlar üçün daha yaxşı yer olduğu halda, Qahirə, Kəraçi, Dehli və San-Paulo kimi şəhərlər qadınlar üçün ən pis yerlərdir.

“Thomson Reuters Foundation”nın araşdırmalarının nəticələri dünya boyu 19 böyük şəhərdə qadınların problemləri ilə məşğul olan 380 təhlilçi arasında rəy sorğusuna əsaslanır. Bu şəhərlər arasında 26 milyon əhalisi olan Dehlidə qadınların təhlükəsizliyinə təsir göstərən bir sıra amillər göstərilir.

Hindistanın paytaxtı Dehli uzun zamandır, xüsusilə də qadınlar üçün dünyanın ən təhlükəli yerlərindən biri hesab edilir. Qadın hüquqları müdafiəçisi Gita Nambisan: “Mən deyə bilmərəm ki, Dehli ən təhlükəli şəhərlərdəndir. Lakin Dehli haqda məlumat çoxdur. Əsasən də qadınlara qarşı cinsi təcavüz barədə çox məlumat verilir.”

Bu haqda daha çox 2012-ci ilin dekabr ayında bir qrup cinayətkarın avtobusda gənc qadına təcavüz etməsindən sonra danışılmağa başladı. Cinsi təzavüzə məruz qalan gənc qadın sonra vəfat etdi. Bu hadisə Hindistanda şok yaratdı və qanunların daha da sərtləşdirilməsinə gətirib çıxardı. Lakin hindistanlı qadınlar vəziyyətin bir o qədər də dəyişmədiyini deyir. “Sən küçədə gedəndə hamını sanki özünə cəlb edirsən, çünki ətrafda olan bütün insanlar sənə baxır.”

"Dehli Qadın Komissiyası"ndan Svati Malival: “Dehlidə heç kəsin qorxusu yoxdur. İnsanlar düşünürlər ki, qadına nə etsələr, bu system onlara nəsə edə bilməyəcək. Dehli polisi özü son 10 ildə sayının 80 min nəfərə çatdırılmasını istəyib. İndiyə qədər onların sayı artırılmayıb. ”

Hindistanın Cinayətkarlığa Qarşı Mübarizə Bürosunun məlumatına görə, 2016-cı ildə Dehlidə qadınlara qarşı cinayətlərin sayı 184 faiz artıb. Bu rəqəm Hindistanın hər hansı şəhəri ilə müqayisədə çox yüksəkdir.

Drişti Dey kimi peşəkar qadınlar evdən çıxanda mütləq kiminsə onları müşayiət etməli olduğunu deyir. “Dehlidə yaşayan gənc qızlar bilirlər ki, axşam 7-yə qədər evdə olmalıdırlar. Əgər dostlarımızla qonaq gediriksə, qardaşımız gedə bilər, biz yox. Və əgər qız belə bir riskə gedirsə və nəsə baş verirsə, onda qız səhv iş görüşü, çünki qızlar küçəyə tək çıxıb.” bilməz.”

Dehlinin qadınlar üçün təhlükəsiz yerə çevrilməsi hələ uzun zaman lazım olsa da, təhlilçilər deyir ki, işçi qüvvəsi sıralarına nə qədər çox qadın qoşulsa, onların şəhər həyatında rolu da arta bilər. Bu isə cəmiyyətdə patriaral düşüncə tərzinin dəyişməsinə yol aça bilər.

XS
SM
MD
LG