Accessibility links

Dehlidə anbarda yanğın baş verib - azı 9 nəfər ölüb


Hindistanın paytaxtında bazar ertəsi bir anbarda baş verən yanğın zamanı 9 nəfərin öldüyü, 3 nəfərin yaralandığı bildirilib.

Yanğın səhər tezdən Dehlinin Kirari məhəlləsində baş verib.

Yanğının səbəbi dərhal məlum olmasa də, yanğınsöndürmə idarəsinin rəsmisi Acay Şarma buna qısa-qapanmanın səbəb ola bildiyini deyib.

Dekabrın 8-də də Dehlinin Sadar bazarı bölgəsindəki bir fabrikdə elektrik qısa-qapanması səbəbindən baş verən və 43 nəfərin ölümünə səbəb olan yanğın son 20 il ərzində şəhərdə ən böyük yanğın hadisəsi olub.

Yanqınsöndürənlər alovla 100 metrlik məsafədən mübarizə aparmalı olub. Belə ki, yanğın bürüyən ərazidəki dar xiyabanlar və elekrik xətlərinin alovlanması ilə maşınlar hadisə yerinə yaxınlaşmaq mümkün olmayıb.

Onların əksəriyyətinin miqrant işçilər olduğu bildirilir. Çanta, papaq və digər mallar istehsal edən bu insanlara gündəlik 2 dollar maaş ödənilir. Onların əksəriyyəti fabrikdə gecələyir.

Yanğın zamanı işçilərin çoxunun yuxuda olduğu deyilib.

XS
SM
MD
LG