Accessibility links

Pakistan Hindistanın iki döyüş təyyarəsini vurduğunu iddia edir


Pakistan və Hindisitan arasında gərginliklər artmaqdadır. Buna tərəflərin biri-birinin döyüş təyyarələrini vurması iddiası səbəb olub.

Pakistan mübahisəli Kəşmir bölgəsində Hindistanın iki döyüş təyyarəsinin vurulub salındığını bildirib.

Pakistanın general-mayoru Asif Qafurun dediyinə görə, Pakistan Kəşmirində düşən təyyarələrdən birinin pilotu ələ keçirilib. Digər təyyarənin isə Hindistan ərazisinə düşdüyü bildirilir.

"Biz bunu elə planlaşdırdıq ki, nə ziyan, nə də tələfat olsun. Biz yalnız Hindistana demək istədik ki, əgər o, bizim əraziyə daxil ola bilirsə, biz də onun ərazisində hücuma keçə bilərik” - deyə, Pakistanın baş naziri İmran Xan bildirib.

Hindistan Pakistanın qırıcı təyyarəsinin vurulduğunu bildirsə də, İslamabad bunu inkar edir.

Hindistan Pakistanın hərbi postlarını hədəf alan və hava məkanını pozan "təhriksiz aqressiv əməllərindən" özünü müdafiə etdiyini bildirib.

Hindistanın Xarici İşlər Nazirliyinin bəyantında deyilir ki, Dehlinin milli təhlükəsizliyini müdafiəsi naminə ciddi və həlledici addımlar atmasına hüququ var.

Dehli Hindistan pilotunun ələ keçirilməsini Pakistanın “vulqar nümayişi” adlandıraraq, pilotun tez bir zamanda geri qaytarılacağını gözlədiyini bildirib.

İslamabadın bəyanatı Hindistanın Pakistanın hava məkanına daxil olan 3 qırıcı təyyarəsinin qarşısını aldığı və onları geriyə uçmağa vadar etdiyinə dair iddiaları vaxtı səslənib.

Hindistan çərşənbə axşamı Pakistan ərazisinə hava hücumları həyata keçirdiyini və hərbi təyyarələrinin militantların təlim bazasına etdiyi hücum zamanı çox sayda döyüşçünün öldürüldüyünü bildirib.

Bu ayın əvvəlində Pakistanda qərargahlanan militantların Hindistanın nəzarətindəki Kəşmirdə törətdiyi intiharçı hücumu Hindistanın azı 40 nəfər hərbi polis qüvvələrinin üzvünün ölümü ilə nəticələnib.

XS
SM
MD
LG