Accessibility links

Hindistan Rusiya ilə iqtisadi əlaqələrini genişləndirəcəyini deyir


Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar və Rusiyanın xarici işlər naziri Sergey Lavrov
Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar və Rusiyanın xarici işlər naziri Sergey Lavrov

Hindistanın xarici işlər naziri bildirib ki, Hindistan Rusiya ilə iqtisadi əlaqələri genişləndirəcək və Moskvadan neft almağa davam edəcək. O, Moskvadan endirimli xam neft idxalının onun ölkəsinin xeyrinə olduğunu deyib.

Xarici işlər naziri Subrahmanyam Cayşankar Moskvaya səfəri zamanı deyib ki, dünyanın üçüncü ən böyük neft istehlakçısı kimi Hindistanın beynəlxalq bazarlara "mümkün ən sərfəli şərtlərlə çıxışını" təmin etmək "bizim əsas borcumuzdur".

O, bu barədə açıqlamanı çərşənbə axşamı rusiyalı həmkarı Sergey Lavrovla görüşündən sonra verib.

Ukrayna münaqişəsi başlayandan bəri Rusiyaya ilk səfərini edən hindistanlı nazir Dehlinin Moskva ilə uzunmüddətli əlaqələrini təsdiqləyərək, onu "sabit" və "zamanın sınağından keçmiş əlaqələr" adlandırıb.

Jurnalistlərin neft idxalını azaltmaq və Rusiya neftinə yüksək qiymət həddi tətbiq edən yeddi ölkənın planına qoşulmaq üçün Qərb ölkələrinin təzyiqi ilə bağlı suallarına cavab olaraq Cayşankar "Bir çox onilliklər ərzində münasibətlərimizin hər hansı obyektiv qiymətləndirilməsi həqiqətən hər iki ölkənin bu yolda çox və çox yaxşı xidmət etdiyini təsdiq edir" deyib.

Hindistanın xarici işlər naziri Moskvaya ABŞ-ın maliyyə naziri Canet Yellenin Hindistana planlaşdırılan səfərindən bir neçə gün əvvəl səfər edib. Çox ehtimal ki, Yellenlə danışıqlara qiymətlə bağlı təklif də daxil ola bilər.

Vaşinqtonda "Press Trust of India" nəşrinə müsahibə verən Yellen deyib ki, Hindistan Qərbin qiymət həddindən faydalana bilər.

"Biz istəyirik ki, Rusiya nefti qlobal bazarları təmin etməkdə davam etsin, bazarda qalsın. Lakin biz əmin olmaq istəyirik ki, Rusiya müharibə səbəbilə mahiyyətcə çox yüksək olan qiymətlərdən həzz alaraq, müharibədən haqsız qazanc əldə etməsin" - deyə, Yellen bildirib.

Dekabrın əvvəlində qüvvəyə minməsi gözlənilən qiymət həddi planına əsasən Avropa şirkətlərinə Rusiya xam neftinin G-7 tərəfindən hələ müəyyən edilməmiş sabit qiymətdən aşağı satıldığı müddətcə daşınmasına və sığortalanmasına icazə veriləcək. Planın məqsədi Rusiya neftinin qiymətini daha da aşağı salmaqdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın enerji infrastrukturuna daha çox zərbə endirir
please wait

No media source currently available

0:00 0:12:39 0:00
XS
SM
MD
LG