Accessibility links

Hindistan humanitar yardımın bir hissəsi olaraq Əfqanıstana peyvənd göndərib


Hindistan Əfqanıstana yarım milyon doza COVID-19 peyvəndi göndərib və qarşıdan gələn həftələrdə milyonlarla insanın aclıqla üzləşdiyi bu ölkəyə daha çox peyvənd və taxıl göndərəcəyini vəd edib.

Hindistan Xarici İşlər Nazirliyinin məlumatına görə, peyvəndlər Əfqanıstana şənbə günü çatdırılıb.

Bu, Talibanın avqust ayında hakimiyyəti ələ keçirməsindən sonra Dehlidən Kabilə ikinci humanitar yardımdır. Hindistan keçən aybu ölkəyə 1,6 ton dərman göndərib.

"Hindistan hökuməti taxıl, bir milyon doza COVID peyvəndi və xilasedici dərmanlardan ibarət humanitar yardım göstərməyi öhdəsinə götürüb. Yaxın həftələrdə buğda və tibbi yardımın qalan hissəsini göndərəcəyik" - deyə, Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Hindistan Əfqanıstana 50 min ton buğda göndərməyi planlaşdırdığını və Pakistandan ərzaqın onun ərazisi vasitəsilə çatdırılmasına yardım etməsini istəyib.

İslamabad illərdir Hindistanın Əfqanıstanla ticarət və ya digər nəqliyyat əlaqələrini rədd etsə də, Taliban rəsmilərinin noyabr ayında İslamabaddan tranzitə icazə verməsini xahiş etməsindən sonra Dehlinin xahişini yerinə yetirməyə razılıq verib.

Hər iki tərəfin daşınma üsullarını müəyyən etdiyi bildirilib və tərəflər buğdanın Hindistan və Pakistan arasındaki quru yolla, Hindistanın taxıl istehsal etdiyi bölgələsinə yaxın, Vaqah sərhədindən keçəcəyi qərarına gəlib.

Ümumdünya Ərzaq Proqramının məlumatına görə, hazırda ölkə əhalisinin yarıdan çoxunu təşkil edən 23 milyona yaxın əfqan kəskin ərzaq çatışmazlığı ilə üzləşir. Doqquz milyon insanın aclıq astanasında, üç milyondan çox uşağın qida çatışmazlığı riski qarşısında olduğu bildirilib.

Hindistanın Əfqanıstana humanitar yardım səyi Talibanın hökuməti ələ keçirməsindən sonra marjinallaşdırılan ölkə ilə əlaqə yaratmaq üçün diplomatik təşəbbüsün bir hissəsi kimi qiymətləndirilir.

Son 20 ildə Hindistan Əfqanıstanda “yumşaq güc” yaratmaq məqsədilə inkişaf layihələrinə milyardlarla sərmayə qoyub. Lakin keçən il ABŞ-ın geri çəkilməsi ilə onun mövqeyinə böyük zərbə vurulub.

Dünyaya Baxış

Dünyaya Baxış. Qəzza Zolağında "kövrək" atəşkəs davam edir
please wait

No media source currently available

0:00 0:11:01 0:00
XS
SM
MD
LG