Qırx bir işçi şənbə günü artıq yeddinci gündür Hindistanın şimalında çökən yol tunelində ilişib qalıb. Bu arada isə hadisə yerinə yeni qazma maşını gətirilib.
Rəsmilərin dediyinə görə, bölgədəki müstəsna sərt qayanın olması və dağıntıların təmizlənməsi ilk qazma maşınını zədələyib və cümə günü xilasetmə işlərinin dayandırılmasına səbəb olub. Bu da onsuz dauzun çəkən xilasetmə səylərinə yeni bir problem əlavə edib.
Bundan əlavə, xilasetmə işlərinə nəzarət edən agentliklərdən biri olan Milli Avtomobil Yolları və İnfrastruktur İnkişafı Korporasiyasının (NHIDCL) direktoru Anşu Maniş ilişib qalan işçilərin sayının 40-dan 41-ə yüksəldiyini söyləyib.
Təbii fəlakət idarəsinin rəsmisi Devendra Patval deyib ki, səlahiyyətlilər cümə axşamı dağıntıları qazmağa başlayıblar və indiyədək 24 metrlik bir ərazidə qazma işləri aparıblar. Patval Associated Press-ə bildirib ki, ilişib qalan işçilərin çıxarılmasını təmin etmək üçün 60 metrə qədər qazıntı aparmaq tələb oluna bilər.
Şənbə günü bir qrup ekspert qazma maşının yaratdığı yüksək şiddətli titrəmənin daha çox dağıntıya səbəb olaraq, xilasetmə işlərinə xələl gətirəcəyinə dair narahatlıqlar fonunda, ilişib qalan işçiləri qurtarmağın başqa mümkün yollarını müzakirə etmək üçün iclas keçirib.
Bundan öncə xilasedicilər qazma işlərini cümə günü axşama qədər başa çatdırmağa və bir-birinə qaynaqlanmış borulardan xilas tuneli yaratmağa ümid edirdilər. NHIDCL-in direktoru Tarun Kumar Baidya hadisə yerindən bildirib ki, tunelin içindən gələn yüksək çatlama səsi əməliyyata nəzarət edənləri qorxuya saldıqdan sonra, onlar qazma maşının bəzi hissələrinin zərər dəydiyini görərək, qazma işinə fasilə veriblər və bu da xilasetmə işləri çətinləşib.
Forum