Accessibility links

İndoneziyanın paytaxtında daşqınlar azı 9 nəfərin ölümünə səbəb olub


Cakatra sakinləri Yeni İli qeyd edərkən paytaxtda baş verən güclü daşqınlar azı 9 nəfərin ölümünə, minlərlə insanın evini tərk etməsinə səbəb olub, yerli hava limanı bağlanıb.

Cakartada on minlərlə insan Yeni İl gecəsi atəşfəşanlıq gözləyərkən leysan yağışların altında qalıb.

Fəlakətlərin Azaldılması Milli Agentliyinin sözçüsü Agus Vibovo çərşənbə günü bildirib ki, musson yağışları səbəbindən çayların səviyyəsinin artması azı 90 məhəlləni suyun altında qoyub.

Vibovo ölənlər arasında 16 yaşındakı bir lisey şagirdinin də olduğunu, suyun səviyyəsinin 3 metrdən yuxarı qalxmasından sonra 19 mindən çox insanın müvəqqəti sığınacaqlara köçürüldüyünü bildirib.

Televiziyanın yayımladığı video və fotolarda onlarla avtomobilin palçıqlı sularda üzdüyü, əsgərlərin və xilasedicilərin evlərin damlarındakı uşaqları və qocaları rezin qayıqlarla evakuasiya etmək üçün mübarizə apardıqlarını görmək olub.

Vibovo daşqınların kasıb və varlı məhəllələrdə minlərlə evi və binanı eyni dərəcədə suyun altında qoyduğunu, elektrik enerjisini, su təchizatı və nəqliyyat şəbəkələrini iflic vəziyyətinə saldığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG