Accessibility links

İndoneziyada zəlzələdə ölənlərin sayı 100-ə çatıb


İndoneziyada zəlzələdən bir gün sonra xilasetmə işçiləri bu gün dağıntılar altında qalan insanları axtarır.

Yerli rəsmilər xəsarət alan və ya evlərindən didərgin düşən insanlara yardım etmək məqsədi ilə tibbi və digər yardımlar üçün müraciət edib.

6.5 bal gücündə zəlzələ təxminən 100 nəfərin ölümünə, 600-dən çoxunun yaralanmasına səbəb olub.

Zəlzələ dünən Sumatra adasının şimalında baş verib. Nəticədə onlarla bina dağılıb. Zəlzələnin ən çox zərər vurduğu yer isə Pidie Caya rayonu olub.

Minlərlə insan gecəni məsciddə və digər müvəqqəti sığınacaqlarda keçirib. Bəziləri isə küçədə, açıq havada yatmalı olub. Hökumət ərazidə iki həftəlik fövqəladə vəziyyət elan edib.

İndoneziyanın Qırmızı Xaç cəmiyyəti zəlzələdən zərər çəkənlərə ədyallar, gigiena qutuları və çadırlarla təmin edib və insanları yaralılara qan verməyə çağırıb.

İndoneziya dünyanın zəlzələyə həssas yerində yerləşir. 2004-cü ildə Sumatra adasında baş vermis zəlzələ İndoneziya və digər ölkələrdə 230 min insanın ölümü ilə nəticələnmiş sunamiyə səbəb olmuşdur.

XS
SM
MD
LG