Accessibility links

Airbus A-320-də nasazlıq barədə siqnal təyyarə qalxarkən başlayıb


İndoneziyada aviasiya rəsmiləri deyib ki, ötən ay Yava dənizinə düşən AirAsia 8501 təyyarəsi kəskin sürətlə havaya qalxdıqdan sonra bir anlıq asılı qalaraq dənizə doğru istiqamət alıb. Həmin vaxt yəyyarəni pilot köməkçisi idarə edirdi.

Mətbuat konfransında İndoneziya Milli Nəqliyyat Təhlükəsizliyi Komitəsindən təhqiqatçılar qara qutudakı səs yazısına istinadən bildirib ki, Airbus A-320-də nasazlıq barədə siqnal təyyarə qalxarkən başlayıb və daha sonra istiqaməti dəyişərək dənizə düşənədək davam edib.

6000 uçuş saat təcrübəsi olan pilot köməkçisi, fransız Remit Emmanuel Plesel qəza baş verən an sükan arxasında olub. 20 min uçuş saatı təcrübəsinə malik olan indoneziyalı pilot İryanto isə uçuşa nəzarət edirdi.

Təyyarədə olan 162 insanın hamısı hadisə zamanı həlak olub. Dalğıclar təyyarə qalıqları arasından cəmi 70 cəsəd çıxara bilib.

XS
SM
MD
LG