Accessibility links

İndoneziya höküməti Myanmaya yardım edəcəyini bildirib


İndoneziyanın xarici işlər naziri Retno Marsudi Raxin əyalətində baş verən böhranı müzakirə etmək üçün bazar ertəsi günü Myanmada ölkənin hərbi komandiri və milli təhlükəsizlik məsləhətçisi ilə görüşlər keçirəcək.

​Yüzlərlə etirazçı Cakartada yerləşən Myanma səfirliyinin qarşısında aksiya edərək İndoneziya hökümətindən qaçqınları qəbul etməsini tələb edib.

İndoneziyanın prezidenti Coko Vidodo bildirib ki, o və onun xalqı Myanmada baş verənlərə görə böyük təəssüf hissi keçirir və buna görə də sadəcə tənqid etmək yox, hərəkətə keçmək vacibdir. Bu məqsədlə o, yerli qeyri-hökümət təşkilatlarını və beynəlxalq ictimaiyyəti hökümətlə birlikdə işləməyə çağırıb.

Vidodonun sözlərinə görə, o xarici işlər nazirindən Myanma höküməti və beynəlxalq rəsmilərlə Raxində baş verən böhranı müzakirə etməsini istəyib.

BMT-nin qaçqınlar üzrə agentliyinin məlumatına əsasən, ötən ay Raxində baş verən şiddət səbəbindən 87,000 Rohinqya müsəlmanı Banqladeşə qaçmağa məcbur olub. Bu səbəbdən də agentlik ehtiyac olunan tibbi yardım ləvazimatlarını çatdırmaqda çətinlik çəkir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG