Accessibility links

Bali dənizində itən sualtı qayığın 53 ekipaj üzvünün hamısı ölü elan edilib


İndoneziya ordusu aprelin 25-də Bali dənizində batan sualtı qayıqda olan 53 ekipaj üzvünün hamısının öldüyünü elan edib. Gəminin dağıntıları okean dibində aşkar edilib.

İndoneziyanın patrul gəmisi itkin düşən KRI Nanggala sualtı qayığının axtarış əməliyyatını başa vurub.

ABŞ Hərbi Dəniz Əməliyyatları İdarəsinin rəisi, admiral Mayk Gildey qayığın batması xəbərindən kədərləndiyini bildirib.

İtən sualtı qayığın axtarışına hərbi gəmilər, təyyarələr və yüzlərlə hərbi personal cəlb olunmuşdu.

Rəsmilər deyib ki, Almaniyada istehsal olunan sualtı qayıq yalnız üç günlün oksigenlə təchiz olunub.

XS
SM
MD
LG