Accessibility links

Cakarta yaxınlığındakı həbsxanada qiyam qaldırılıb


İndoneziyanın paytaxtı Cakarta yaxınlığındakı həbsxanada qiyam qaldırılıb. 5 polis zabiti öldürülüb, 1-i girov götürülüb. Qarşıdurma zamanı məhbuslardan biri həyatını itirib.

Milli polis idarəsinin sözçüsü Məhəmməd İqbal bildirib ki, qiyam məhbuslara gətirilən yeməklərin yoxlanmasına etiraz mahiyyəti daşıyıb. O, polisin məhbuslarla danışıqlar keçirdiyini deyib.

İqbal İslam Dövlətinin qiyamın məsuliyyətini daşıdığına dair iddialarını rədd edib.

Bu yaxınlarda pilis idarələrinə hücum planlaşdıran 3 İŞİD yaraqlısı nəzarət altına alınıb.

XS
SM
MD
LG