Accessibility links

İndoneziyada zəlzələ azı 98 nəfərin həyatına son qoyub


İndoneziyada azı 98 nəfərin ölümünə, 200-dən çoxunun yaralanmasına səbəb olan güclü zəlzələdən sonra mindən çox xarici turistin adadan evakuasiyasına başlanıb.

Birləşmiş Ştatların Geoloji Araşdırmalar Mərkəzi 6.9 bal gücündəki zəlzələnin Lombokun şimal hissəsində 10.5 km. dərinlikdə baş verdiyini və qısa bir sunami xəbərdarlığı edildiyini bildirib. Yeraltı təkanlar qonşu Gili adalarında, Bali, Sumbava və Cənub Cavada hiss edilib.

Evakuasiya əsasən Lombok yaxınlığında, Gilinın üç kiçik adasına aparılıb. Qayıqlarla Lombok adalarına aparılması üçün turistlər bu gün səhər tezdən növbədə gözləyib.

İndoneziyanın Garuda Hava Yolları turistlərin daşınması üçün Lomboka əlavə təyyarələr göndəriləcəyini bildirib.

Təbii Fəlakətlərin Azaldılması Agentliyinin sözçüsü bu gün müxbirlərə deyib ki, ölənlərin və yaralananların çox hissəsi Lombokun şimal bölgəsində olub.

Sözçünün dediyinə görə, xilasetmə işləri davam etdiyi üçün ölənlərin sayı daha çox ola bilər. O, ölənlər arasında xarici vətəndaşların olmadığını bildirib.

Yerli sakinlərin Amerikanın Səsinə bildiridiyinə görə, zəlzələ insanların məscidə toplaşdığı vaxt baş verib. İnsanlar yeraltı təkanlar səbəbi ilə küçələrə axışıb. Sakinlər hələ də ötən həftə baş verən zəlzələnin şoku altındadır.

Keçən həftə Lombokdakı 6.4 bal gücündə zəlzələ 17 nəfərin ölümünə səbəb olub, minlərlə evə ziyan vurub.

XS
SM
MD
LG