Accessibility links

İndoneziya Ramazan ayı səyahətlərinə qadağa qoyur


Ən çox müsəlman əhalisi olan İndoneziya COVID-19-un yayılmasının qarşısını almaq məqsədilə insanların Ramazan bayramını qeyd etmək üçün səyahət etmələrinə qadağa qoyacaq.

Hökümət çərşənbə axşamı bildirib ki, cümə günündən etibarən tətil üçün böyük şəhərləri tərk etmək istəyən on milyonlarla indoneziyalıya mane olacaq qərar qəbul edib. Bu, hökümətin insanların könüllü olaraq evdə qalmaq çağırışına məhəl qoymamasına cavab olaraq atdığı daha aqressiv addımdır.

İndoneziya virusun olduğunu başdan inkar etdiyinə və virüsün yayılmasına qarşı tədbirləri ləngitdiyinə görə tənqidlərə məruz qalıb.

İndoneziya prezidenti Coko Vidodo qadağa qoyulmadan öncə aparılan rəy sorğusunun nəticələrinin 68 faiz indoneziyalıların Ramazan ayı səyahət etməməyə razılaşdığını, ancaq dörddə birinin səyahət etməkdə israr etdiyini deyib.

İndoneziya Səhiyyə Nazirliyi rəsmisinin bildirdiyinə görə, çərşənbə günü 283 yeni yoluxma halı qeydə alınmaqla, koronavirusa yoluxanların ümumi sayı 7,418-ə çatıb.

Nazirliyin rəsmisi Açmad Yurianto son bir gündə koronavirusdan daha 19 nəfərin öldüyünü və ölənlərin sayının 635-ə çatdığını bildirib. Onun sözlərinə görə, 47 300 insan testdən keçib, 913 nəfər sağalıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG