Accessibility links

İndoneziya rəsmiləri 120 Rohinca müsəlmanının olduğu qayığı qəbul etmək qərarına gəlib


İndoneziya rəsmiləri 120 Rohinca müsəlmanını daşıyan qayığa günlərdir suda qaldıqdan sonra çərşənbə günü ölkənin şimalındakı Açeh vilayətinin limanına yan almasına icazə vermək qərarına gəlib.

Koordinasiya Nazirliyinin Siyasət, Hüquq və Təhlükəsizlik İdarəsinin Qaçqınlarla Bağlı İş Qrupunun rəhbəri Armed Vijayanın bildirdiyinə görə, qərar əksəriyyəti qadın və uşaq olan sərnişinlərin ağır şəraitlə üzləşməsinə görə qəbul edilib.

"İndoneziya hökuməti hazırda Bireyen rayonu yaxınlığında dənizdə ilişib qalan Rohinca qaçqınlarını insanlıq naminə qəbul etməyə qərar verib" - deyə, Vijaya bildirib.

Yerli hökumət orqanları bundan əvvəl Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Agentliyi və insan haqları qruplarının qaçqınlar olan qayığın qəbul edilməsinə icazə verilməsi ilə bağlı çağırışlarına baxmayaraq, qayığı beynəlxalq sulara qaytaracaqlarını bildirmişdi.

UNHCR çərşənbə axşamı bildirb ki, su sızan və mühərriki zədələnən qayıq sərt hava şəraitində açıq dənizdə batmaq təhlükəsi ilə üzləşə bilər.

Yerli qəbilə icmasının lideri Bədruddin Yunusun dediyinə görə, qayığı ilk dəfə bazar günü yerli balıqçılar Bireuen sahilindən təxminən 96 kilometr aralıda görüb. O, balıqçıların zədələnmiş taxta qayığı yedəklərinə ala bilmədiyini, lakin 60 qadın, 51 uşaq və 9 kişidən ibarət sərnişinləri yemək, su və paltarla təmin etdiklərini bildirib.

Myanma ordusunun üsyançı qrupun hücumlarına cavab olaraq təmizləmə əməliyyatına başladığı 2017-ci ilin avqustundan bəri əhalisinin əksəriyyəti Buddist olan Myanmadan Banqladeşdəki qaçqın düşərgələrinə 700 mindən çox Rohinca müsəlmanı qaçıb. Myanma təhlükəsizlik qüvvələri kütləvi zorakılıqlarda, qətllərdə və minlərlə evin yandırılmasında ittiham olunur.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ-da prezident seçkiləri günüdür
please wait

No media source currently available

0:00 0:14:10 0:00
XS
SM
MD
LG