Accessibility links

İndoneziyada təbii fəlakətlər davam edir


Fövqəladə Hallar Agentliyinin bildirdiyinə görə, İndoneziyadakı daşqınlar və torpaq sürüşməsi bazar ertəsi azı 29 nəfərin ölümünə səbəb olub. Agentlik sığınacaqlara evakuasiya edilən minlərlə insanın xəstəliklərlə üzləşdiyini deyib.

Keçən cümə və şənbə günləri Sumatradan cənub-qərbindəki Benqkulu əyalətində güclü yağışlar ondan çox insanın itkin düşməsinə səbəb olub.

İki əyalətdə baş verən torpaq sürüşməsi yüzlərlə bina, yollar və körpülərin dağılmasına səbəb olub.

Yaşadıqları kəndləri tərk edən insanlara çadırlar, qayıqlar, su və ərzaq, müvəqqəti körpülərin salınmasına isə ağır texnika gərəkdir.

Rəsmilər təmiz su olmaması səbəbindən xəstəliklərin yayılması riski barədə xəbərdarlıq edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynada daşqın ərazilərində xilasetmə işləri davam edir
please wait

No media source currently available

0:00 0:11:24 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG