Accessibility links

Qara qutu Lion Air təyyarəsinin qəza səbəbini izah etməyə kömək edə bilər


İndoneziya rəsmiləri Lion Air təyyarə qəzasının qalıqlarını nəzərdən keçirir.

Cümə günü rəsmilər Cakartada qəza baş verən yerdə təyyarənin qalıqlarını maşına yığmağa başlayıb.

Qalıqların tədqiq edilməsi üçün maşınlarla adının açıqlanmadığı yerə aparılacağı deyilir.

Təyyarə bazar ertəsi havaya qalxdıqdan cəmi bir neçə dəqiqə sonra qəzaya uğrayıb.

Hadisə zamanı təyyarədə olan 189 nəfərin hər biri ölüb. İndiyədək Cava dənizindən 20-dən çox cəsəd çıxarılıb.

Dalğıclar cümə axşamı qara qutunu aşkar edib.

Təhqiqatçılar dənizin dibindən çıxarılan qara qutudan əldə edilən məlumat və təyyarə qalıqlarının nisbətən yeni Lion Air Boeing 737 Max 8 təyyarəsinin qəzaya uğrama səbəbini izah etməyə kömək edəcək.

XS
SM
MD
LG