Accessibility links

İndoneziya prezidenti ölkədə tolerantlığı yayacağını vəd edir


İndoneziya prezidenti Coko Vidodo deyib ki, dünyanın ən böyük müsəlman əhalisinə sahib ölkəsi dini azadlığını müdafiə etməli və özünü islamçı radikalizmindən qorumalıdır.

Çərşənbə günü İndoneziya parlameti önündə çıxış edən Vidodo dövlətin rəsmi “Pankasila" ideologiyasını” gücləndirməyə söz verib. Bu ideologiya, demokratiya, sosial ədalət və Allaha inam kimi prinsipləri təbliğ edir.

İndoneziyanın tolerant və mötədil müsəlman ölkəsi olaraq reputasiyası şəriə tətbiq etmək istəyən ultra-mühafizəkarlar tərəfindən hədələnir.

İndoneziyanın 260 milyon əhalisinin 88 faizi müsəlmandır. Lakin hökümət islamdan əlavə protestantlıq, katolisizm, hinduizm, buddizm və konfutsiçiliyi rəsmi din olaraq tanıyır.

XS
SM
MD
LG