Accessibility links

İndoneziya turizminin təhlükələri [Video]


İndoneziya turizminin təhlükələri
please wait

No media source currently available

0:00 0:02:41 0:00

İndoneziya turizminin təhlükələri

Heç kəs üçün sirr deyil ki, İndoneziya çox gözəl ölkədir və hökümət də bu gözəlliyi bütün dünyaya çatdırmaq istəyir. “Möhtəşəm İndoneziya” adlanan bu reklam çarxı keçən il ölkəyə gələn turist sayının 22 faiz artaraq 14 milyona çatmasında ciddi rolu olub.

Ancaq inkişafın da öz xərci var. Tənqidçilərin sözlərinə görə, sürətli inkişaf təhlükəli ola bilər.

Balidə yerləşən Benoa körfəzindəki balıqçılar içərisində kazino və hətta Formula 1 yolu olan lüks kurort mərkəzi inşa etmek istəyən torpak sahiblərinə qarşı mübarizə aparır.

Yerli fəallar hesab edirlər ki, inkişaf balıqçılıq sahələrini məhv etməklə yanaşı dini yerlərə girişin də qarşısını alacaq və sel fəlakətinə səbəb ola bilər. Dəyişikliyin Balinin mədəniyyətinə və ətraf mühitinə ziyan vuracağını düşünənlər qubernatorluğun qarşısında "reabilitasiyanı rədd etmə" adlı nümayiş keçiriblər.

Hətta reklamasiya olmadan belə bir çoxları Balinin kütləvi turizmin nəticəsi olan su və tullantıların idarə edilməsi ilə məşğul ola bilməyəcəyindən qorxur. Turizm Nazirliyi arxipelaq boyunca Bali üslubunda əlavə 10 istirahət mərkəzi tikməyi planlaşdırır. Ancaq tənqidçilər inkişafın təhlükəli ola biləcəyindən qorxur.

Hökumət bu il turist sayını 17 milyona çatdırmağı planlaşdırır. Turizm Nazirliyindən verdiyi məlumata görə, ziyarətçilərin böyük əksəriyyəti mədəni və təbiət turizminə görə İndoneziyaya səfər edir.

İndoneziyanın cazibədar təbiəti və qonaqpərvər insanları buranı böyük əksəriyyət üçün səyahət yeri kimi qalmasının əsas səbəbidir. Ancaq yerlilər və arxipelaqı ziyarət edən turistlər ümid edir ki, inkişaf planları buranın təbii gözəlliyini məhv etməyəcək.

XS
SM
MD
LG