Accessibility links

İndoneziyada 7.1 bal gücündə zəlzələ baş verib


İndoneziyanın 139 km şimal-qərbindəki Malukasın Temate bölgəsində 7.1 bal gücündə zəlzələ baş verib.

Bu barədə məlumatı Birləşmiş Ştatların Geoloji Araşdırmalar Mərkəzi verib. Mərkəz zəlzələnin 45 km dərinlikdə olduğu bildirilib.

Zəlzələ episentrinin qərbindəki Solavesi adasında da güclü təkanlar olub.

İndoneziya Meteorologiya və Geofizika Agentliyi tərəfindən sunami xəbərdarlığı verilib.

Keçən ilin sentyabr ayında İndoneziyada zəlzələnin yaratdığı sunami nəticəsində ölənlərin sayı 800-dən çox idi.

Zəlzələ və sunami baş verən zaman yüzlərlə insan Palu çimərliyində keçirilən festivalda iştirak edirdi. Sahili vuran nəhəng dalğalar festival iştirakçılarının üzərinə gəlib və həmin insanların böyük əksəriyyətini özü ilə aparmışdı.

Sakit okeanı hövzəsindəki "Alov Halqası" ərazisində yerləşən İndoneziya vulkan arkaları və laylar üzərində yerləşməsi səbəbi ilə zəlzələlərə meyillidir.

XS
SM
MD
LG