Accessibility links

İndoneziyada torpaq sürüşməsi baş verib


Cümə günü xilasedicilər İndoneziyanın Cava adasında baş verən torpaq sürüşməsi nəticəsində palçıq altında qalan insanların axtarışlarını davam etdirib. Hadisə nəticəsində azı beş nəfərin öldüyü bildirilir.

Əsgərlər və yerli polis sakinlər ilə birlikdə alətlər və yalın əlləri ilə dağıntılar arasında sağ qalanları axtartır. Palçıq xilasedicilərin ağır avadanlıqlardan istifadəsini çətinləşdirir.

Bir neçə gün davam edən leysan yağışlardan sonra, torpaq Mərkəzi Cava adasının Brebes rayonunda fermerlər düyü tarlalarında işləyən zaman sürüşüb.

Milli Fəlakət Agentliyi bildirib ki, yerli sakinlərin verdiyi məlumata görə, 18 nəfər itkin düşüb. 14 nəfər isə artıq xəstəxanaya yerləşdirilib.

Fövqəladə hallar işçiləri əlavə torpaq sürüşmələri ehtimalı səbəbilə insanları ərazidən uzaq durmağa çağırır.

Torpaq sürüşmələri İndoneziyada tez-tez, xüsusilə də oktyabr və aprel ayları arasındakı musson mövsümü zamanı baş verir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG