Accessibility links

İndoneziyada neft quyusu partlayıb


İndoneziyada yanğın
İndoneziyada yanğın

İndoneziya rəsmilərinin verdiyi məlumata görə, qeyri-qanuni neft quyusunun çərşənbə günü partlaması səbəbindən ətraf ərazilərdə yerləşən evlərdə yanğın baş verib. Yanğın nəticəsində azı 10 nəfər ölüb, xeyli sayda insan isə yaralanıb.

Dövlət rəsmiləri bildiriblər ki, Sumatra adasında yerləşən Pasi Putih kəndində baş verən partlayış əraziyən neft dağılmasına səbəb olub. Kəndin yerləşdiyi vilayətdə çoxlu sayda qeyri-qanuni neft quyuları fəaliyyət göstərir.

Səlahiyyətli orqanlar hadisə ilə bağlı istintaq başladıb.

Polis ölənlərin sayının artacağını gözləyir.

XS
SM
MD
LG