Accessibility links

İnternet Forumu: Diffamasiyanın İnternetə tətbiqi internet azadlığına qarşı təhlükədir


AİF prezidenti Cinayət Məcəlləsinə dəyişikliyi imzalamamağa çağırır

Azərbaycan İnternet Forumu (AİF) parlamentin Cinayət Məcəlləsinə İnternetdə böhtan və təhqir xarakterli fikirlərə görə cinayət məsuliyyəti yaradan dəyişiklikləri qəbul etməsini internet azadlığına qarşı təhlükə kimi dəyərləndirir. Bu barədə AİF-in bəyanatında deyilir.

Sənəddə bildirilir ki, demokratik ənənələri yetərli olmayan ölkələrdə bu tip addımlar sonda senzuraya gətirib çıxarır.

Digər tərəfdən, bir sıra populyar informasiya resursları xarici domenlər altında və xarici hostinqlərdə fəaliyyətə keçəcəyi, resursların və ya istifadəçilərin anonim adlar altında fəaliyyətə üstünlük verəcəkləri istisna olunmur.

“Bütün bunlar ölkədə normal informasiya infrastrukturunun, dayanıqlı informasiya cəmiyyətinin qurulmasına, milli İnternet seqmentinin inkişafına əngəllər yaradacaq”, bəyanatda vurğulanır.

Bundan əlavə, bu qanunun qəbulu hüquq-mühafizə orqanlarının resurslarını daha mühüm işlərdən, o cümlədən kibercinayətkarlıqla mübarizədən yayındıra bilər.
Dəyişikliklər dövlətin İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) inkişafı, 2013-cü ilin “İKT ili” elan edilməsi, İnternetin inkişafı üçün büdcədən milyonlarla vəsaitin ayrılması üzrə siyasəti ilə ziddiyyət təşkil edir.

AİF ümid edir ki, sözügedən məhdudlaşdırıcı düzəlişlər prezident tərəfindən təsdiqlənməyəcək.

Qeyd edək ki, CM-in 147.1 maddəsinə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma 100 manatdan 500 manatadək miqdarda cərimə ilə və ya 240 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

148-ci maddəyə görə isə, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma 300 manatdan 1000 manatadək miqdarda cərimə və ya 240 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Milli Məclis mayın 14-də, Cinayət Məcəlləsinin (CM) 147.1-ci (böhtan) və 148-ci (təhqir) maddələrinin internet informasiya vasitələrində yayılan məlumatlara da tətbiq olunması barədə düzəliş edib.

CM-in 147-ci maddəsinə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma 100 manatdan 500 manatadək miqdarda cərimə ilə və ya 480 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

148-ci maddəyə görə isə, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma 300 manatdan 1000 manatadək miqdarda cərimə və ya 480 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
XS
SM
MD
LG