Accessibility links

Nyu-York metrosunda daha bir dayanacaq - Qrammatika masası


Nyu-York metrosunda daha bir dayanacaq - Qrammatika masası
please wait

No media source currently available

0:00 0:02:12 0:00

Dünya boyu bir milyarddan çox insan ingilis dilində danışır, iki milyard insan isə Ingilis dilini öyrənir və ya öyrənməyə çalışır. İngilis dili qrammatikası çoxlarını, hətta ingilis dilliləri belə dəhşətə gətirir. Buna görə də Ellen Covin adlı təcrübəli dilçi bu sahədə heç olmasa nyu-yorklulara yardım etmək qərarına gəlib.

Açılıb-yığılan masa, kitablar, gülər üz və ingilis qrammatikasını dərindən bilməsi - Ellen Covinə yalnız bunlar lazımdır. Nyu-York metro-stansiyasında dil öyrənmək istəyənlər üçün yeni, qeyri-rəsmi bir dayanacaq, masa yaranıb.

Ellen Covin ingilis dilini sevir və onun qrammatikasını populyarlaşdırmağa çalışır. Həyat yoldaşı ilə birlikdə Ellinin biznes kommunikasiyalarını inkişaf etdirən şirkəti var. Online və ənənəvi şəkildə keçirdiyi dəsrlərindən əlavə o, ingilis dili dərslərini Big Apple’s metro-stansiyasında və şəhərin küçələrində də keçirmək qərarına gəlib. Ellen Covin: “Mən lövhəni asandan 30 saniyə sonra bir nəfər mənə yaxınlaşıb sual verdi – sizcə Donald Tramp neçə söz bilir?”

Qrammatika ilə bağlı suallardan çox siyasi suallar verilməsinə baxmayaraq, Ellen dil strukturunun qaydalarının insanlara bir-birlərini beynəlxalq səviyyədə anlamalarına yardım edəcəyini düşünür.

Bu “Qramatika Masası” sirlərlə dolu ingilis dili ilə maraqlananları - Tələbələr və təqaüdçüləri, mühəndislər və fəhlələri, aktyorlar və dilçiləri cəlb edir. Ən çox verilən suallar isə vergül haqdadır. Ellen Covin: “Məsələn, mən deyirəm, “o, salat, spaghetti və su sifariş etdi”. İngilis dilində siz istəyirsinizsə “və”nin əvvəlində vergül qoya bilərsiniz. Buna “Oksford vergülü” və ya “silsilə vergül” deyirlər.”

Nyu-yorklular musiqiçilər, polis işçiləri və hətta ingilis dili müəllimlərini metrolarda görməyə adət edib. “Dillə, mədəniyyətlə bağlı şeylər insanları baş verənlərdən uzaqlaşdırır, dəyişiklik edir" - deyə, ingilis dili müəllimi Valter Skrepnik bildirir.

Suallar isə yalnız ingilis dilinə aid deyil, Ellen ispan, italyan, portuqal, alman, fransız, çin, koreya və yapon dillərində təmiz danışır və hələ də bir neçə dil öyrənir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG