Accessibility links

İngilislərin anti-korrupsiya səyləri diqqəti Əliyevlərin Londondakı mülklərinə yönəldir


Həbsdə olan azərbaycanlı bankirin həyat yoldaşının Londonun elitar “Harrods” mağazasında multimilyon dollarlıq alış-verişi Azərbaycanda geniş yayılmış korrupsiya və birinci ailə ilə əlaqəli olduğuna inanılan dəbdəbəli London malikanələrinə marağın artmasına səbəb olub.

Milli Cinayət Agentliyi tezliklə daha çox “İzahedilməmiş Sərvət Sərəncamlarının” olacağını, lakin kimlərin hədəf alınacağı açıqlamayıb.

AzadlıqRadiosunun verdiyi məlumata əsasən, Britaniya Krallığının Milli Cinayət Agentliyi (NCA) “İzahedilməmiş Sərvət Sərəncamı” çərçivəsində başlanmış anti-korrupsiya səyləri Zamirə Hacıyevanın sahib olduğu iki mülkü - mərkəzi Londonda mülkü və qolf meydançasını - hədəf alıb.

Milli Cinayət Agentliyi tezliklə daha çox “İzahedilməmiş Sərvət Sərəncamlarının” olacağını aydın edib, lakin kimlərin hədəf alınacağı açıqlamayıb.

Londonda bahalı mülklərə sahib olan azərbaycanlıların siyahısında prezident İlham Əliyev və onun həyat yoldaşı Vitse Prezident Mehriban Əliyeva da daxil olmaqla ölkənin birinci ailəsi də yer alır.

Mütəşəkkil Cinayətkarlıq və Korrupsya Hesabatı Layihəsi (OCCRP) ilə AzadlıqRadiosunun Azərbaycan Xidmətinin 2016-cı ilin mayında apardıqları birgə araşdırmasında deyilir ki, Əliyevlər oğul Heydər, qızlar Leyla və Arzu da daxil olmaqla Londondakı $59 milyon dollarlıq üç lüks əmlakla birlikdə dünya boyu $140 milyon dollar dəyərində mülklərə sahibdirlər.

Ötən illərdə Londonda mənbəyi naməlum pullarla alınmış mülklərin sayı xeyli artıb.
Ötən illərdə Londonda mənbəyi naməlum pullarla alınmış mülklərin sayı xeyli artıb.

Hacıyevanın mülkləri kimi, Əliyevlərin də mülkləri ailəyə, daha dəqiq, Leyla və Arzu bacılarına bağlı offşor şirkətlər tərəfindən alınıb.

““İzahedilməmiş Sərvət Sərəncamlarından” daha geniş istifadə edilərək Böyük Britaniya ərazisində müəyyənləşdirdiyimiz $5.8 milyard dollarlıq şübhəli sərvətin izinə düşüləcəyini gözləyirik. Buraya öz ölkələrində toxunulmazlıq hüquqları olan güclü elitalara qarşı tədbir görülməsi də daxildir - məsələn, Azərbaycanın hakim ailəsi kimi. Onları mümkün namizəd kimi göstərmişik, onların gizli saxta şirkətlər vasitəsilə Londonda milyonlarla funtluq mülkiyyətə sahib olduqları görünür,” deyə “Transparency International” Beynəlxalq Şəffaflıq təşkilatından Ben Koudok AzadlıqRadiosuna deyib.

Şübhəli sərvət sahibləri sırasında öz ölkələrində toxunulmazlıq hüquqları olan güclü elitalara qarşı tədbir görülməsi də daxildir - məsələn, Azərbaycanın hakim ailəsi kimi.

Azərbaycanın prezident administrasiyası London mülklərinin mövcudluğunu şərh etməyib.

Britaniya Krallığının Milli Cinayət Agentliyi açıqladığı bəyanatda, Britaniyadakı “İzahedilməmiş Sərvət Sərəncam”larının təsdiqləndiyi 140-a yaxın işin ola bildiyini və yaxın aylarda bir neçə sərəncamın veriləcəyini bildirib.

Britaniya Krallığı mediası ötən həftə xəbər verib ki, Hacıyeva dünyada ən məşhur lüks mağazalardan birində 10 ilə toplam $21 milyon dollar dəyərində əşyalar alıb. O bunun üçün təqribən 30-a yaxın kredit kartdan istifadə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG