Accessibility links

Britaniyanın Bristol şəhərində qarşıdurma - 20 polis zabiti yaralanıb


İngiltərənin Bristol şəhərində yeni polis qanunvericiliyinə qarşı etirazlar zamanı baş verən qarşıdurmada ikisi ağır vəziyyətdə olmaqla, azı 20 polis zabiti yaralanıb. Etirazlar zamanı polis bölməsinə ciddi ziyan dəyib, polis avtomobilləri yandırılıb.

Bazar günü günortadan sonra başlayan və bazar ertəsi səhər erkən saatlara qədər davam edən etiraz aksiyası zamanı yeddi nəfər həbs edilib. Polisin qapalı kameralardakı görüntüləri araşdırdığı üçün yaxın günlərdə həbslərin sayının artacağını bildirilib.

Britaniyanın Daxili İşlər Naziri Priti Patel bir neçə polis avtomobilinin sıradan çıxarıldığı zorakılığın "qəbuledilməz" olduğunu deyib.

"Azlıq tərəfindən törədilən soyğunçuluğa və xaosa heç vaxt yol verilməyəcək" - deyə, nazir bildirb.

İngiltərənin qərbindəki Kollec Qrin şəhərində təxminən 3000 nəfərin keçirdiyi dinc nümayiş yüzlərlə etirazçının Yeni Bridvilldəki polis idarəsinə hücumundan sonra zorakılığa çevrilib.

Çoxunun üzündə maska olan nümayişçilər əllərində "Böyük Britaniyanın polis dövlətinə yox deyirik" və "Etiraz demokratiyanın təməlidir" yazılan plakatlar daşıyıb.

Belə görünür etirazçılar hökumətin hazırda parlamentdən keçmək üçün hazırladlığı Polis, Cinayət, Cəza və Məhkəmələr Qanununa qarşı hiddətlənib. Britaniya və Uelsi əhatə edən qanunun şərtlərinə görə, polisə nümayişlərə qarşı yeni səlahiyyətlər veriləcək.

Etirazçılar polis bölməsinin şüşələrini qırıb, ikisini yandırmaqla, 12 polis maşınını zədələyib.

XS
SM
MD
LG