Accessibility links

EPL rekord sayda oyunçusunun COVID-19-a yoluxması səbəbilə bir neçə oyununu təxirə salıb


İngiltərənin Premyer Liqası (EPL) rekord sayda oyunçunun COVID-19 testlərinin müsbət çıxması səbəbilə bir neçə futbol oyununu təxirə salıb.

Liqanın bildirdiyinə görə, son bir həftə ərzində 100-dən çox oyunçu və heyətin test nəticələrinin müsbət olması 15 oyunun təxirə salınmasına səbəb olub.

"Liqa təsdiq edə bilər ki, dekabrın 20-si və 26-sı arasında oyunçular və klub işçiləri üzərində 15 186 COVID-19 testi aparılıb. Onlardan 103-də müsbət hal qeydə alınıb" - deyə, liqanın açıqlamasında bildirilib.

Watford komandası COVID səbəbiylə üç oyununu təxirə salıb. Çərşənbə axşamı keçiriləcək növbəti matça 23 yaşdan aşağı oyunçuların cəlb ediləcəyi bildirilir.

Bəzi komanda menecerləri hər oyunda beş əvəzlənməyə icazə verilməsi üçün qaydaları dəyişmək istəyir. Hazırda üç əvəzləməyə icazə verilir.

Hesabatlara görə, İngiltərənin Premyer Liqasının (EPL) futbolçularının təxminən 77%-i tam peyvənd olunub.

ABŞ Milli Basketbol Assosiasiyası, Milli Futbol Liqası və Milli Xokkey Liqası kimi idman liqalarının hamısı yüksək peyvənd nisbətlərinə baxmayaraq, COVID epidemiyası səbəbindən oyunları təxirə salmalı və ya yenidən planlaşdırmalı olub.

According to the league, more than 100 players and staff tested positive over the past week, leading to the postponement of 15 games.

XS
SM
MD
LG